Martın 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 2-5° isti, günün birinci yarısında 11°-dək, günün ikinci yarısından başlayaraq 4°-dək aşağı enəcəkdir.
Bakıda gecə 3-5° isti günün birinci yarısında 11°-dək, günün ikinci yarısından başlayaraq 4°-dək aşağı enəcəkdir.
Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa,
Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və
Daşkəsən, Gədəbəy rayonlarında
havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi,
Füzuli, Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 3-6° isti, gündüz 9-13° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,
Qusar rayonlarında
havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 1-5° şaxta, gündüz 0-4° isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,
Salyan, Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 3-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 3-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.