Martın 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır. Axşama doğru yağış yağacağı gözlənilir.
Temperatur gecə 2-5° isti, günün birinci yarısında 11°-dək yaxın, günün ikinci yarısından başlayaraq 4°-dək aşağı enəcəkdir.
Bakıda gecə 3-5° isti, günün birinci yarısında 11°-dək yaxın, günün ikinci yarısından başlayaraq 4°-dək aşağı enəcəkdir.
Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında
havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 3-6° isti, gündüz 9-13° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 1-5° şaxta, gündüz 0-4° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturun 10-15° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 3-7° isti, gündüz 10-15° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 3-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Xəbərdarlıq
Martın 27-28-də gecə və səhər Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir. Temperatur 4-6° aşağı enəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Martın 27-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyinin əsməsi, martın 27-28-də iqlim normasından aşağı temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.