Martın 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava şəraitinin tutqun, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 2-4° isti, gündüz 4-7° isti, axşam 1°-dək isti, Bakıda gecə 2-4° isti, gündüz 4-6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağıntı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 5°-dək şaxta, gündüz 5-9° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir yağıntı olacağı, gecə bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-4° isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,
Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağıntı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,
Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir yağıntı olacağı gözlənilir.
Temperaturun gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağıntı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 3-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-5° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Martın 5-dən 7-dək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi gözlənilir. Rütubətli və güclü küləkli hava şəraiti soyuq diskomfort hissi yaradacaq ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.