Masallıda çay kənarından avtomat tapılıb
Masallı, 30 noyabr, İlkin Adıyev, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinə Viləş çayının kənarından silah tapılması barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd "AKS-74U" markalı avtomat aşkarlanaraq götürülüb.
Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər nəticəsində 9 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər.