Masallıda meşələrin yanğından mühafizəsi məqsədilə tədbirlər görülür
Masallı, 30 iyun (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional İdarəsi Masallı rayon meşə mühafizəsinin əməkdaşları ilə birgə rayonun ərazisindəki meşə sahələrində reyd keçirmişdir.
AZƏRTAC xəbər verir ki, reydin keçirilməsində məqsəd yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması və ərazidə baş verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün tədbirlər görməkdir.
Reyd zamanı meşə gözətçilərinə tapşırıqlar verilmiş, meşələrə giriş-çıxış nəzarətə götürülmüş və vətəndaşlara yanğın təhlükəsizliyi barədə xəbərdarlıq edilmişdir.
Taxıl sahələrinin ətrafında və yaşayış yerlərinə yaxın olan meşələri yanğından mühafizə etmək məqsədilə meşə zolaqlarının ətrafı şumlanmış, kəndlərdə sakinlərdən ibarət yanğından mühafizə məntəqələri yaradılmışdır.
FNH əməkdaşları meşə ərazisində yerləşən istirahət mərkəzlərində də yoxlamalar aparmışlar.
Yoxlamalar zamanı ciddi nöqsanlar aşkar edilməsə də, bəzi istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq edilmişdir.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində Masallı meşələrində heç bir yanğın hadisəsi baş verməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]