MASALLIDA TURİZM ŞURASI YARADILMIŞDIR
Məqsəd, yoxsulluğun azaldılması və sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həlli istiqamətində cənub bölgəsində turizmin inkişafına nail olmaqdır. Yardımlı rayonu da daxil olmaqla, şura 35 turist obyektini əhatə edir. Şuranın fəaliyyətinə, həmçinin tarixi abidələrin qorunması və mühafizəsi, xalq sənəti nümunələrinin istehsalına əhalinin cəlb olunması, turist obyektlərinin əlaqələndirilməsi, təbiətin və ətraf mühitin qorunması və digər məsələlər daxildir. Turist obyektlərinə yaxın ərazidə, hər cür şəraiti olan 20-yə qədər şəxsi evdə yay vaxtı turistlərin istirahəti nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]