MAYIN 25-DƏK ÖLKƏ ƏRAZİSİNDƏ HAVA ŞƏRAİTİNİN QEYRİ-SABİT KEÇƏCƏYİ GÖZLƏNİLİR
Bakı, 19 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 16-18 dərəcə isti, gündüz 21-23 dərəcə isti təşkil edəcək.
Mayın 21-də hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 15-17 dərəcə isti, gündüz 20-22 dərəcə isti təşkil edəcəkdir.
Mayın 22-də hava şəraitinin buludlu olacağı, 21-dən 22-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-16 dərəcə isti, gündüz 20-22 dərəcə isti olacaqdır.
Azərbaycanın rayonlarında mayın 20-də şimşək çaxacağı, yağış yağacağı, axşam və gecə ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz 22-26 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 14-18 dərəcə isti təşkil edəcəkdir.
Mayın 21-22-də şimşək çaxacağı, arabir yağış yağacağı, axşam və gecə ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 13-17 dərəcə isti təşkil edəcəkdir.
Mayın 25-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam və gecə ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Temperatur tədricən 4-6 dərəcə aşağı enəcəkdir.