MDB ÖLKƏLƏRİNİN YOL TƏSƏRRÜFATININ İNKİŞAFI ÜÇÜN
Rusiyanın Petrozavodsk şəhərində MDB ölkələrinin yol təsərrüfatları başçılarının iştirakı ilə keçirilən yol işçilərinin hökumətlərarası şurasının yığıncağında bu sahənin inkişafının əsas istiqamətləri barədə deklarasiya qəbul edilmişdir. Deklarasiyada yol təsərrüfatlarının maliyyələşdirilməsinin artırılmasına və yolların keyfiyyətinin yaxşılaşmasına yönəldilmiş qanunvericilik bazasının yaradılmasına xüsusi diqqət yetirilir. Sənədə görə, maliyyələşdirilmə yol fondlarından gerçəkləşdirilməlidir və vəsaitin yol işi ilə bağlı olmayan məqsədlərə istifadəsinə qadağa qoyulur. Görüşdə bildirilmişdir ki, yolların pis olması MDB ölkələrinin ümumi daxili məhsulunun (ÜDM) həcmini orta hesabla 8 faiz azaldır. Yol təsərrüfatı sahəsində birgə fundamental araşdırmaların aparılması üçün elmi məktəbin bərpa edilməsi, "MDB avtomobil yolları" beynəlxalq ensiklopediyasının yaradılması layihələri dəstəklənmişdir. Həmin layihələrə əsasən MDB ölkələrinin yol infrastrukturu haqda məlumat toplanacaq və sahənin inkişafı üzrə təcrübə ümumiləşdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]