MDU-da kibertəhlükəsizlik üzrə keçirilən yarışın qalibləri müəyyənləşib
Bakı, 16 dekabr, AZƏRTAC
"Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı və Kiber Təhlükəsizlik Platformasının texniki dəstəyi ilə CTF (Capture The Flag) yarışı təşkil olunub.
Bu barədə AZƏRTAC-a MDU-dan bildirilib. CTF yarışında MDU-nun 23 tələbəsindən ibarət 6 komandası (“The Soulless”, “The Code Wizards”, “Ketum”, “Levion”, “CyberGuard” və “After hour”) iştirak edib.
Yarış iştirakçıları Kiber Təhlükəsizlik Platformasının mütəxəssisləri tərəfindən 5 istiqamətdə (web, steganography, cryptography, forensic, osint) hazırlanan və onlayn formatda təqdim edilən tapşırıqlar əsasında kibertəhlükəsizlik sahəsində bacarıqlarını sınayıblar.
"Jeopardy" formatında tələbələrin bacarıqlarına əsaslanan xüsusi strategiya əsasında təşkil olunan və 6 mərhələdə keçirilən yarışda "Ketum" komandası 1-ci, "The Souless" komandası 2-ci və "The Code Wizards" komandası isə 3-cü yeri tutub.
Qeyd edək ki, MDU-da CTF yarışının təşkili kibertəhlükəsizlik problemlərinin həlli və tənqidi düşünmə sahəsində tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.