MEBEL FABRİKİNDƏ YENİ SEX İŞƏ DÜŞMÜŞDÜR
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov kollektiv üzvlərini yeni istehsal sahəsinin işə düşməsi münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamış, regionda mebel sənayesini inkişaf etdirməyin əhəmiyyətindən danışmışdır.
950 kvadratmetr sahəni əhatə edən sexdə normal iş şəraiti yaradılmışdır. Ölkəmizin blokada şəraitində olan bu bölgəsində əhalinin mebelə olan tələbatının üçdə biri yeni sexdə istehsal olunan məhsullar hesabına ödəniləcəkdir.