MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİNƏ NOVRUZ SOVQATI
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, martın 15-də Əli Nağıyevin başçılığı ilə bir qrup əməkdaş Abşeron rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüşdür. Nazir həmvətənlərimizi xalqımızın tarixi qədər qədim olan el bayramı münasibətilə təbrik etmiş, tezliklə doğma yurdlarına qayıtmalarını arzulamışdır.
Sonra qaçqın və məcburi köçkünlərə nazirlik 60 milyon manat məbləğində bayram sovqatı verilmişdir.
Ev-eşiklərindən didərgin salınmış soydaşlarımız onlara göstərilən diqqətə görə nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.