“MƏDƏNİ İRSİN QORUNMASI” LAYİHƏSİNİN İCRA MÜDDƏTİ UZADILMIŞDIR
Layihənin işçi qrupundan AZƏRTAC-a bildirmişlər ki, 1999-cu ildən icra olunan layihəyə 7,5 milyon ABŞ dolları məbləğində kredit ayrılmışdı. Ötən illər ərzində layihə üzrə bütün işlər görülərək, 1,5 milyon ABŞ dollarına qənaət olunmuşdur. Azərbaycan hökuməti və Dünya Bankı arasında razılaşmaya əsasən, layihənin müddəti qənaət olunmuş vəsait hesabına 2006-cı ilin dekabrınadək uzadılmışdır. Layihə çərçivəsində hazırda Bakıda Şirvanşahlar Sarayı Kompleksinə daxil olan məscid və ovdanın bərpası, İçərişəhərin idarəetmə planının və Azərbaycanda mədəni irsin institusional inkişafı proqramının hazırlanması, Şəki şəhərində keçmiş təcridxananın bərpası və orada sənətkarlar üçün emalatxananın yaradılması işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]
Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub
- 09.10.2026 [10:33]