Mədəniyyət və Turizm Nazirliyi bir sıra mehmanxanalara lisenziya verib
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ı və digər normativ-hüquqi aktları əsas götürərək cari ilin oktyabr ayı ərzində bir sıra hüquqi və fiziki şəxslərə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıqlar (lisenziyalar) verib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, müvafiq dövrdə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair lisenziya alanlar sırasına “Qlobeks” MMC (Bakı), “Baku Hotel Company”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (lisenziyanın surəti, Bakı), fiziki şəxs Vahid Vahabov (Qəbələ şəhəri, M.Ə.Sabir küçəsi, ev 3) daxildir.
Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 301-ə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]