Media: İsrail ABŞ-a Qəzzada atəşkəs razılaşması üçün yeni təklif göndərib
Bakı, 27 iyul, AZƏRTAC
İsrail Qəzza zolağında atəşkəs razılaşması və girovların azad edilməsi üçün yenilənmiş təklifini ABŞ-a təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı İsrail rəsmisinə və digər mənbələrə istinadla məlumat yayıb.
İsrail rəsmisinin sözlərinə görə, yeni təklifdə Qəzza zolağının cənubundan şimalına silah ötürülməsinin və yaraqlıların keçməsinin qarşısını almaq üçün xarici mexanizmin yaradılmasından bəhs edilir. Bundan əlavə, sazişin birinci mərhələsində İsrail Müdafiə Qüvvələrinin yenidən yerləşdirilməsindən, eləcə də anklav və Misir sərhədində Filadelfiya dəhlizi adlanan ərazidə onların mövqelərinin qorunub saxlanmasından danışılır.
Təklif İsrail, Qətər və Misirin iştirakı ilə Romada keçiriləcək danışıqlardan əvvəl göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]