Media: Pentaqon üçün alınacaq F-35-lərin sayı yarıya endirilib
Bakı, 11 iyun, AZƏRTAC
Pentaqon “Lockheed Martin” şirkətindən alınacaq F-35 qırıcılarının sayını 48 ədəddən 24-ə endirib.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinin Konqresə göndərdiyi sorğuda əksini tapıb.
Ekspertlər həmin qərarı Birləşmiş Ştatların müdafiə naziri Pit Heqsetin növbəti beş il ərzində hərbi xərclərin 8 faiz azaldılması planına uyğun olaraq 2026-cı maliyyə ili büdcəsinə yenidən baxması ilə əlaqələndirirlər.
Xatırladaq ki, bir müddət öncə Pit Heqset Silahlı Qüvvələr və Milli Qvardiya da daxil olmaqla, 120-dən çox yüksəkrütbəli zabit vəzifəsini ixtisar etmək niyyətində olduğunu bildirib. O, həmçinin növbəti beş il ərzində Müdafiə Nazirliyinin büdcəsinin azaldılması planını açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]