Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mehriban Əliyeva qəlbinin siyasəti

Mehriban Əliyeva qəlbinin siyasəti

Moskva, 23 sentyabr, AZƏRTAC

Rusiya Federasiyası Federal Məclisinin rəsmi mətbu orqanı olan “Parlamentskaya qazeta”nın 22 sentyabr tarixli nömrəsində (https://www.pnp.ru/news/detail/98609) və nüfuzlu “Rossiyskaya Federatsiya seqodnya” jurnalının 18-ci nömrəsində (http://www.russia-today.ru/article.php?i=1609) tanınmış politoloq, “Ekonomiks” Beynəlxalq Araşdırmalar Birliyinin (Azərbaycan) Rusiya nümayəndəliyinin rəhbəri Aleksandr Karavayevin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında geniş məqaləsi dərc edilib. AZƏRTAC “Mehriban Əliyeva qəlbinin siyasəti” sərlövhəli həmin məqaləni təqdim edir.

X X X

Son əlli ildə qadınların siyasətdə rolunun artması müşahidə olunur. Ölkəsinin sosiohumanitar və mədəni modernləşməsinin ilhamvericisi olan Azərbaycanın birinci xanımı da müasir dünyanın görkəmli lider qadınları sırasındadır.

Heç şübhəsiz, sonrakı dövrlərin tarixçiləri Mehriban Əliyeva fenomenini maraqla öyrənəcəklər. Bizim üçün isə bir sıra aspektlərin harmonik vəhdətindən yaranan bu fenomenin genezisini başa düşmək əhəmiyyətlidir.

Bir tərəfdən Azərbaycanda Mehriban Əliyeva kimi liderin formalaşmasını taleyin qisməti hesab etmək olar. Obyektiv desək, onun təşəbbüs və təklifləri müxtəlif sivilizasiya platformalarının qovuşuğunda yerləşən Azərbaycanın sosiohumanitar və mədəni modernləşməsinin hərəkətverici amilinə çevrilib.

Digər tərəfdən, bu fenomenin milli siyasi məkanda formalaşması faktı dünya trendinə tam uyğundur. Axı, Avrasiyanın şərqinin siyasi tarixi baxımından “Əliyeva amili” qadınların inqilabi şəkildə siyasətə qoşulmasının və onların dünya ölkələrinin çoxunun idarəçilik strukturlarına yol tapması imkanlarının genişlənməsinin qanunauyğun nümunəsidir. Bu mənada Azərbaycan Avrasiyanın tarixən təşəkkül tapmış “qadın siyasəti” dairəsində özünün mövcudluğunu bir daha diqqətə çatdırır.

Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə əslində, Azərbaycanın qeyri-institusional inkişaf vasitəsinə çevrilib. Fond öz layihələri ilə səhiyyə, elm və təhsil sahələrində dövlət siyasətini tamamlayır, informasiya kommunikasiyaları və ətraf mühitin mühafizəsi sahələrində ölkə üçün pilot layihələr işləyib hazırlayır.

Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri və Bakıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi misilsiz fəallığı və nüfuzu dünya səviyyəli, genişmiqyaslı bu idman hadisəsinin təşkilində böyük rol oynayıb, bu Avropa ideyasına güclü təkan və yeni Avrasiya meyarı verdi.

Birinci xanımın Azərbaycan paytaxtının memarlıq simasının dəyişməsində rolunu da diqqətdən kənarda qoymaq olmaz. Dünyanın ən yaxşı arxitektorları tərəfindən həyata keçirilən, Bakını həqiqətən dəbdə olan müasir şəhərə çevirən bir sıra layihələr Mehriban Əliyevanın şəxsi iştirakı sayəsində mümkün olub.

Beləliklə o, öz işində iki istiqaməti - Azərbaycanın kompleks humanitar “brend” kimi dünyada irəliləməsini və ölkənin sistemli sosiomədəni inkişafını uğurla sintezləşdirə bilib. Onun rəhbərliyi ilə bu iki proses, necə deyərlər, çiyin-çiyinə irəliləyir.

Sevindirici haldır ki, bu işlə sadəcə təyin edilmiş məmur deyil, fəal həyat mövqeyi, bitib-tükənməyən enerjisi və güclü xarizması olan mütərəqqi əqidəli bir insan məşğul olur. Ən başlıcası isə unutmayaq ki, indiki halda söhbət üç övlad tərbiyə etmiş cazibədar xanımdan gedir. Gözəllik ilə xeyirxahlığın vəhdəti onun hər addımını sosial reallığı dəyişən yaradıcılığa çevirir. Görünür, Mehriban Əliyeva fenomeninin sirri də elə bundadır...

Xalqı ilə birgə döyünən ürək

Məşhurluq pop-ulduzların, aktyorların və siyasətçilərin çoxuna xas olan yetərincə geniş yayılmış fenomendir. Şərti reytinqlərdə mövqe uğrunda mübarizə heç kəsi təəccübləndirmir. Bu oyunun süni şəkildə şişirdildiyini hamı başa düşür. Xalq arasında populyar olmaq isə başqa məsələdir. Bu, ani konyunkturaların təsirinə uymayan tamamilə başqa materiyadır.

Nə üçün sadə azərbaycanlılar ölkənin birinci xanımını sevirlər? Onlar Mehriban Əliyevanın timsalında “yaxasını kənara çəkən” funksioner deyil, onların istəkləri ilə maraqlanan, protokol çərçivəsindən kənara çıxmağı, hər bir ciddi problemə münasibət bildirməyi bacaran insan görürlər. Maraqlı fakt: nisbətən kiçik ölkədə o, hər gün “yerlərdən” təqribən 300 məktub alır. Ona yazırlar, çünki bilirlər ki, müraciət edib yardım, dəstək, yaxud məsləhət ala bilərlər. Azərbaycan Prezidentinin xanımı ölkə daxilindəki səfərlərdə daim onu müşayiət edir. Yəni o, necə deyərlər, göz qabağındadır və bununla da iqtidarla cəmiyyətin qarşılıqlı əlaqələrinə öz töhfəsini verir. Həm də bu, necə deyərlər, canlı töhfədir və buna görə də xalqın gözündə inzibati kommunikasiyaların standart “mexaniki” strukturlarından daha qiymətlidir, çünki xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa ictimaiyyət onu qəbul etməyəcək. İnsanlar hiss edirlər ki, birinci xanım onların qayğıları ilə yaşayır.

Özü də bu, elə bir haldır ki, xarizmatik və cazibədar şəxsiyyət yüksək dərəcədə ziyalılıq ilə vəhdət təşkil edir. Mehriban Əliyeva istər aldığı tərbiyəyə, istər əsil-nəcabətinə, istərsə də təhsilinə görə (o, İ.M.Seçenov adına Moskva Tibb İnstitutunu bitirib) Azərbaycanın sovet dövrü ziyalıları mühitindən çıxıb. İndi dünyada bu səviyyəli başqa birinci xanım çətin tapılar. Bu məziyyətlərə malik olan elita nümayəndələri adətən soyuqqanlı olur, xalqın problem və qayğılarını ürəklərinə yaxın buraxmamağa çalışırlar. Həqiqətən, çətindir, amma Mehriban Əliyeva başqasının dərdinə ürəkdən şərik olmağı bacarır. Bunu rola girməklə imitasiya etmək mümkün deyil. Onun təbiəti belədir.

Mehriban xanımın formalaşdığı mühit Azərbaycanın tarixi ilə ayrılmaz şəkildə bağlıdır. Mehriban Əliyeva fenomeni başqa amillərlə yanaşı, həm də iki konkret ailənin - Paşayevlər ilə Əliyevlərin qohum olmasının nəticəsidir. Mehriban xanımın babası, görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayev əslən İrandan idi. Anası Aida İmanquliyeva tanınmış ərəbşünas olub, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq edib. Mehriban Əliyevanın həyat yoldaşının, indiki Prezident İlham Əliyevin atasının təqdimata ehtiyacı yoxdur: Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur. Bu fakt çox şeyə dəlalət edir...

Bu ailələr milli elitadır. Azərbaycanda onlarla səmimi qəlbdən fəxr edirlər. Özü də çox sadə bir səbəbdən - ölkəyə və xalqa görə məsuliyyət yükü real şəkildə onların çiynindədir. Onlar sınaqların və itkilərin ağrı-acısının nə demək olduğunu bilirlər. Çox vaxt görürsən ki, naz-nemətin çoxluğu elitanı zəiflədir. Bu ailələr isə, əksinə, şəxsi enerjiləri ilə islahatları sürətləndirir və stimullaşdırırlar. Heç şübhəsiz, söhbət müasir Azərbaycan tarixinin passionar şəxsiyyətlərindən gedir.

Dünya siyasəti kontekstində

Mehriban Əliyeva Azərbaycanın və postsovet məkanının ayrılıqda götürülən tarixi baxımından müstəsna, amma qlobal proseslər baxımından obyektiv qanunauyğun fenomendir. Söhbət son 50 ildə qadınların siyasətdə rolunun artmasından gedir. Bu prosesin başlanğıcını Sirimavo Bandaranaike qoyub. O, 1960-cı il iyulun 21-də Şri-Lankada dünyada ilk qadın Baş nazir olub. Onun rəhbərliyi ilə ada müstəmləkə asılılığından və müharibədən xilas olub. Sonra o, daha iki dəfə Baş nazir seçilib.

Qadınların siyasətə gəlişi nəticəsində Asiyada və bütövlükdə dünyada çoxsaylı maraqlı və mütərəqqi dəyişikliklər baş verib: Hindistanın Baş naziri İndira Qandi; ən yeni tarixdə müsəlman əhalinin üstünlük təşkil etdiyi bir ölkədə - Pakistanda ilk qadın hökumət başçısı Benazir Bhutto; Filippində Asiyada ilk qadın prezident Kori Akino. Yəni, Asiya qitəsində siyasətin feminizasiyası məlum prosesdir.

Mehriban Əliyevanın adı, şübhəsiz ki, bundan sonra da müasir dünyanın görkəmli lider qadınları sırasında olacaq. Özü də taleyin ona nə kimi gələcək hazırlamasından asılı olmayaraq. Kim bilir, bəlkə o, ölkəsində “şaquli” siyasi xətt boyunca yüksələcək, bəlkə də “üfüqi” sosial-humanitar layihələrin sayı artdıqca onun rolu da güclənəcək. İstənilən halda o, Azərbaycanın yetkin qeyri-rəsmi lideridir.

Şəksiz ki, onun izi diplomatiya dünyasında da qalacaq. Azərbaycanın birinci xanımı sivilizasiyaların qlobal dialoquna həqiqətən müstəsna töhfə verib. Mehriban xanım Qərbdə Şərqin qeyri-rəsmi elçisidir və klassik Qərb dəyərlərinin “vətəni” olan Avropanı Asiyada və öz vətənində təmsil edir. Birinci xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu Avropada islam-xristian dialoqunda böyük rol oynamağa başlayıb. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edir. Azərbaycanın özündə Fondun təşəbbüsü ilə katolik və pravoslav kilsələri, sinaqoq təmir edilir.

Azərbaycanın öz üzərinə götürdüyü sivilizasiyalararası körpü rolu o qədər də sadə məsələ deyil. Baxın, tarixən mədəniyyətlərin və sivilizasiyaların “qovuşduğu yer” kimi inkişaf edən bir regionda - Yaxın Şərqdə indi nələr baş verir. Praktiki olaraq Yaxın Şərqin heç bir yerində uzunmüddətli sülh yaratmaq mümkün olmur. Azərbaycan tamamilə başqa nümunədir. O göstərir ki, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin platformaları arasındakı sərhəddə əmin-amanlıq hökm sürə bilər.

Prezidentlə yanaşı

Ənənələrin əhəmiyyətli rol oynadığı hər hansı digər ölkə kimi Azərbaycan da liderin, prezidentin siyasi zirvədə nə kimi rol oynamasından asılıdır. Prezident İlham Əliyevin sərt və prinsipial siyasi xətti Azərbaycanın modernləşməsinin şəksiz xeyrindədir. Onun siyasəti elitanı stimullaşdırır, onu daim sərvaxt saxlayır. Belə olan halda birinci xanımın rolu nədən ibarətdir?

Onun rolu Prezidentin xanımı rolu barədə adi təsəvvürlərdən xeyli yüksəkdir. Demokratiyanın Azərbaycan modelinin indiki mərhələdə inkişafı Prezidentin yanında kimin olmasından, onun komandasının şəxsən kimlərdən ibarət olmasından və ömür-gün yoldaşı Mehriban xanım kimi ən yaxın adamlarından asılıdır. O, İlham Əliyevin sərtliyini müəyyən mənada yumşaldır və eyni zamanda, sosial sahədə ölkə üçün “riskli” görünən maraqlı layihələrin həyata keçirilməsi baxımından onun hakimiyyətini gücləndirir, eləcə də iqtidarla cəmiyyətin birbaşa əlaqəsini emosional cəhətdən dolğunlaşdırır.

Nəzərə almaq lazımdır ki, o, ölkəsinin siyasi meydanında formal statusuna görə də yetərincə nüfuzlu simadır, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Tezliklə - noyabrın 1-də ölkə parlamentinə seçkilər keçiriləcək. Hakim partiya bu seçkilərdə cəmiyyətin arzu və istəklərinə cavab vermək bacarığını sübut etməlidir. Aydın məsələdir ki, “iqtidar partiyası” Azərbaycan cəmiyyətinin ölkənin birinci xanımına bəslədiyi məhəbbət və etimaddan da güc alır.

Fikrimizi bu sözlərlə yekunlaşdırırıq: əgər Azərbaycanı başa düşmək, bu ölkəni duymaq istəyirsinizsə, onda Mehriban xanım kimi bir şəxsiyyətdən yan keçmək olmaz. Onun yeri icra hakimiyyətinin formal strukturundan kənardadır, amma İlham Əliyev hakimiyyətinin amili kimi adı böyük hərflərlə yazılan siyasətdədir. Azərbaycanın sistemli sosial-iqtisadi inkişafında onun rolunu danmaq və ya diqqətdən kənarda qoymaq olmaz. Cəsarətlə deyə bilərik ki, o, Azərbaycanın tarixində daim yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır