MƏHSUL İSTEHSALINA DİQQƏT ARTIR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda 26 adda süd məhsulları və meyvə şirələri istehsal edən Göyçay süd zavodunun məhsulları MDB ölkələrinə, habelə Almaniyaya və İsrailə ixrac edilir. Göyçay konyak zavodunda quraşdırılan müasir texnoloji avadanlıq və axın sexləri yüksək keyfiyyətli məhsulların istehsalına şərait yaratmışdır. Təkcə son bir ildə zavodda aparılan yenidənqurma işlərinə bir milyon manata yaxın vəsait sərf edilmişdir. Burada hazırlanan məhsullar bağlanmış müqavilələrə əsasən Rusiyaya, Ukraynaya, ABŞ-a, Kanadaya və Almaniyaya ixrac edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]