“Melissa” qasırğası Bermud adaları istiqamətində irəliləyir
Bakı, 31 oktyabr, AZƏRTAC
“Melissa” qasırğası səbəbindən Yamayka və Haitidə 50-yə yaxın insan həyatını itirib.
AZƏRTAC “Associated Press” agentliyinə istinadla xəbər verir ki, son məlumatlara görə, qasırğa Yamaykada 19, Haitidə isə 30 nəfərin həyatına son qoyub. Hər iki ölkənin xilasediciləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir və ölənlərin sayının arta biləcəyi istisna olunmur.
Haitidə 18 nəfər itkin düşüb, ölkənin cənub və cənub-şərq ərazilərindən təxliyə olunmuş bir neçə min insan isə hələ də müvəqqəti sığınacaqlardadır.
Yamaykanın Energetika Nazirliyi təxminən 500 min nəfərin elektriksiz qaldığını və telefon xidmətində problemlər yaşadığını bildirib. Qasırğa ölkənin infrastrukturuna ciddi ziyan vurub.
Kubada da xilasedicilər qasırğanın fəsadlarını aradan qaldırmağa davam edir. Bir çox əraziləri su basıb, evlərə və digər tikililərə ziyan dəyib. Ölkənin şərqində ümumilikdə 730 mindən çox insan təxliyə edilib.
“Melissa” hazırda Bermud adaları istiqamətində irəliləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]