Məmməd Musayev: Ölkəmizdə qadın sahibkarlığın inkişafı üçün imkanlar genişdir

Bakı, 20 may, AZƏRTAC
Ötən il Azərbaycanda açılmış iş yerlərinin 90 faizi məhz özəl sektorun payına düşür. Ölkə üzrə sahibkarlığın 99 faizi kiçik və orta sahibkarların payına düşür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 10-cu biznes-forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, respublikada sahibkarlığın inkişafı, onların hüquq və mənafelərinin qorunması istiqamətində mühüm addımlar atılıb.
“Xüsusilə də qadın sahibkarlığın inkişafı prioritet təşkil edir, bu sahəyə dövlət qayğısı ilbəil artır. Eyni zamanda, ölkəmizdə qadın sahibkarlığın inkişafı üçün imkanlar genişdir. ASK-ın dəstəyi ilə yaradılan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının da bu istiqamətdə mühüm rol oynayır”, - deyə M.Musayev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2025 [20:42]
Dənizkənarı Bulvar İdarəsinin mənfəəti 2024-cü ildə 22,8 faiz artıb
- 18.06.2025 [19:53]
Milli Məclisin komitə iclasında dörd məsələ müzakirəyə çıxarılıb
- 18.06.2025 [19:16]
Bakıda IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb
- 18.06.2025 [19:10]