SİYASƏT
Məntəqə sədri: Seçicilərin şəffaf və demokratik şəraitdə səs verməsi üçün bütün şərait yaradılıb




Bakı, 29 yanvar, AZƏRTAC
Səhər saat 08:00-da 8 saylı Binəqədi birinci seçki dairəsinin 12 saylı məntəqəsində bələdiyyə seçkilərinə start verilib. Seçicilərin şəffaf və demokratik şəraitdə səs verməsi üçün məntəqədə bütün şərait yaradılıb.
Bunu AZƏRTAC-a açıqlamasında 12 saylı seçki məntəqəsinin sədri Rəfiqə Əliyeva bildirib. Onun sözlərinə görə, məntəqə üzrə 1210 seçici qeydiyyatdadır, saat 09:00-dək səs verənlərin sayı 47 nəfərdir: "Məntəqəyə daşınan seçki qutusu ilə bağlı müraciət edən olmayıb. Məntəqə seçki prosesi üçün lazım olan bütün avadanlıqlarla təmin olunub. Dairə Seçki Komissiyası tərəfindən seçicilərin sayına uyğun olaraq seçki bülleteni verilib, səsvermə prosesində qanunvericiliyə uyğun olaraq bütün zəruri prosedurlar həyata keçirilir. Hər hansı qanun pozuntusu aşkarlanmayıb", - deyə o əlavə edib.
Qeyd edək ki, bələdiyyə seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə 33 namizəd qeydə alınıb.