Mərakeşdə futbol oyunu zamanı kütləvi toqquşma baş verib
Bakı, 27 fevral, AZƏRTAC
Futbol üzrə Mərakeş çempionatında “Kavkab” ilə “Raca Kasablanka” arasında matç zamanı (0:3) “Raca Kasablanka”nın fanatları ilə polis əməkdaşları arasında kütləvi toqquşma baş verib.
AZƏRTAC xəbər verir ki, Mərakeş şəhəri stadionunda toqquşma nəticəsində 14 polis zərər çəkib, təqribən 65 azarkeş həbs olunub, 2 min tamaşaçı kreslosu yerindən qopardılıb.
Mərakeş Kral Futbol Federasiyası Kasablanka klubunu 50 min dirhəm (4500 dollar) məbləğində cərimələyib və iki matçı azarkeşsiz keçirməyi klubun öhdəsinə qoyub.
Qeyd edək ki, oyuna baxmağa yollanan beş “Raca Kasablanka” azarkeşi matçdan əvvəl avtomobil qəzasında həlak olub.
Bu cür insidentlər Mərakeşin 2026-cı ilin dünya çempionatını qəbul etmək planlarına və imkanlarına təsir göstərə bilər.
Xatırladaq ki, 2016-cı ilin martında da “Raca Kasablanka”nın matçı zamanı onun fanatlarının dalaşması nəticəsində 2 nəfər həlak olub, 49 adam yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]