Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərhəba və ya Qazaxıstanın Müstəqillik Günündə qarlı Astanada gözlənilməz görüş

Mərhəba və ya Qazaxıstanın Müstəqillik Günündə qarlı Astanada gözlənilməz görüş

Astana, 17 dekabr, AZƏRTAC

“Mərhəba, Qazaxıstandan azərbaycanlılara çoxlu salamlar!” - bu sözlər Astananın ticarət mərkəzində səsləndi və bir anlıq mənə onun divarlarından kənardakı sərt soyuğu unutdurdu.

Qazaxıstanın Müstəqillik Günündə bu ölkənin paytaxtının tam mərkəzinə necə gəlib çıxdığımı və belə bir səmimi müraciət eşitdiyimi başa düşmək üçün lap əvvələ - bayram ab-havasının hökm sürdüyü dekabrın 16-nın səhərinə qayıtmaq lazımdır.

Yuxudan oyanıb əlimi telefonuma uzadan an çoxlu mesajlar gördüm.

Qazaxıstanın Müstəqillik Gününün əhəmiyyətini mənə xatırladan ilk şəxs bir dəfə müsahibə aldığım tanışım, məşhur kartoqraf Muxit-Ardager Sıdıqnazarov oldu. Onun ardınca oğlumun müəllimi məktəb “çat”ında bu bayramın qazax xalqı üçün xüsusi əhəmiyyətini vurğulayan ətraflı mesaj yazdı.

Müstəqillik günü rəsmi səviyyədə də qeyd olundu: Azərbaycanın Xarici İşlər Nazirliyi, eləcə də ölkəmizin səfirliyi X şəbəkəsində öz təbriklərini dərc etdi. Beləliklə, başqa ölkənin vətəndaşı olaraq, lakin Astanada yaşayan ailəmiz Qazaxıstan üçün bu günün əhəmiyyətini hiss etdi.

Bayram əhvali-ruhiyyəsindən ilhamlanaraq, gəzintiyə çıxmaq qərarına gəldik. Şiddətli şaxtaya baxmayaraq bütün ailə hazırlaşıb evi tərk etdi. Bilirdim ki, bayram münasibətilə şəhərdə müxtəlif tədbirlər keçirilir, amma dəqiq marşrutum yox idi - kortəbii hərəkət etmək qərarına gəldik.

İlkin plan – piyada gəzintiyə çıxmaq - ləğv edilməli oldu: çöldə o qədər soyuq idi ki, uzun müddət gəzmək qeyri-real görünürdü. Qarşımıza çıxan ilk avtobusa minmək və gedərkən səfərin məqsədini müəyyən etmək qərarına gəldik.

Maraqlı hadisələr axtarışında Mərkəzi Asiyanın ən hündür binalarından birinin - “Abu Dabi Plaza” ticarət mərkəzinin yerləşdiyi əraziyə yollandıq. Onun qarşısında sürüşkən olan uşaq meydançası var idi, bu da uşaqları xüsusilə sevindirdi.

Uşaqlar şaxtaya baxmayaraq sürüşməyə can atırdılar, mənə isə təmiz havada cəmi on dəqiqə qalmaq kifayət etdi. Onları bu əyləncəni növbəti dəfəyə qədər təxirə salmağa inandırmağa çətinliklə nail oldum.

Ticarət mərkəzinin içərisinə girməyə tələsdik.

Astanada eyni məqam məni hər zaman heyran edir: çöldə nə qədər soyuq olsa da, binaların içərisində rahat istilik var. Şəhər və onun infrastrukturu qışa mükəmməl uyğunlaşıb - qartəmizləyən maşınlar hətta gecələr də küçələri yaxşıca təmizləyir.

Lakin gəzintiyə qayıdaq.

Ticarət mərkəzinin daxilində əsl bayram ab-havası hökm sürürdü: musiqi səslənir, bəzədilmiş yolka var idi, insanlar isə qeyri-iş günündən istifadə edərək istirahətdən zövq alırdılar. Mən məqaləm üçün qeyri-adi bir şey axtarırdım.

İkinci mərtəbəyə qalxaraq Milad bazarına rast gəldik. Orada əl işləri: geyimlər, zinət əşyaları, şamlar, bəzək əşyaları, fincanlar və boyunbağılar nümayiş etdirilirdi.

Biz piştaxtalara baxarkən birdən gənc bir qız bizə yaxınlaşaraq türkcə danışdı:

“Siz türksünüz?” – deyə o, nitqimizin səslənməsini tutaraq soruşdu.

“Xeyr, biz Türkiyədən deyilik”, - deyə cavab verdik, artıq bu cür suallara öyrəşmişik. Yadımdadır, hətta Astanada keçirilən Dünya Köçəri Oyunları zamanı türkiyəli qonaqlar özləri gəlib Türkiyənin hansı şəhərindən gəldiyimizi soruşurdular.

Azərbaycandan olduğumuzu izah edib, qızın türkcəni haradan bildiyi ilə maraqlandım. Məlum oldu ki, onun adı Nimaradır və o, Türkiyədə uşaqlarla işlədiyi üçün dili çox çətinlik çəkmədən mənimsəyib. Öyrənməyin çətin olub-olmadığını soruşduqda, o gülümsədi: “Heç də çətin olmadı, çox sayda tanış sözlər var”.

Mən ondan kamera qarşısında türkcə bir neçə söz söyləməsini xahiş etdim. Əvvəlcə utanırdı, amma sonra yenə də dedi: “Mərhəba, Qazaxıstandan azərbaycanlılara çoxlu salamlar!”.

Bu təsadüfi söhbət mənim üçün rəmzi bir məqama çevrildi və mədəniyyətlərimizin bir-birinə nə qədər sıx bağlı olduğunu əyani şəkildə nümayiş etdirdi. Məqaləyə onun salamı ilə başlamaq qərarına gəldim.

Nimara suvenirlər, əl işləri məmulatları, dizaynlı və dekorasiyalı fincanlar satırdı və nəsə almağı təklif etdi. Uşaqların israrlı xahişlərinin məni birdən çox alış-veriş etməyə məcbur edəcəyindən qorxaraq nəzakətlə sağollaşıb onları uzaqlaşdırmağa tələsdim.

Sonra artıq avtobusda Astananın qarlı küçələrinə baxa-baxa dillərimizin yaxın olduğu haqqında düşündüm. Bu görüşdə mədəniyyətlərimizin sıx bağlılığı əks olundu: qazax dilinin türk kökləri və nitqini asanlıqla başa düşdüyümüz Nimaranın türkcə səlis danışması.

Düşüncələrimi bir qədər kədərləndirən hal isə ondan heç nə almamağımız idi. “Bizimlə türkcə mehriban danışan Nimara nə düşünəcək?”, – deyə avtobus bizi bayram paytaxtının şaxtalı axşamından keçirərkən düşünürdüm.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilib

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb