MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN RUMINİYADA HƏBSXANALARI YOXDUR
Basesku demişdir: “Qəti şəkildə bəyan edirəm ki, Rumıniya ərazisində belə həbsxanalar yoxdur. Əgər Timişoare və Koqalniçanu bazalarında gizli həbsxanalar olduğuna şübhə varsa, biz təhqiqat üçün açığıq”.
2003-cü ildə ABŞ ordusu Koqalniçanu hərbi bazasından İraqa qoşun göndərmək üçün istifadə etmişdir. Bazada ABŞ-ın 3,5 min hərbi qulluqçusu yerləşdirilmişdi.
Xatırladaq ki, noyabrın 8-də Avropa Şurası MKİ-nin Rumıniya və Polşa ərazilərində gizli həbsxanaları olduğu və burada terrorizmdə şübhəli bilinən şəxslərin indi də saxlandığı barədə məlumatı araşdırmağa başlamışdır. Bundan əvvəl Avropa İttifaqı da bildirmişdi ki, gizli həbsxanalar barədə məlumatı ətraflı yoxlamaq niyyətindədir. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti və “Hyuman Rayts Uotç” Təşkilatı da bu məsələni araşdırmaq niyyətində olduqlarını açıqlamışdı.
Avropa Şurası öz bəyanatını “Vaşinqton post” qəzetində bu barədə məqalə dərc edildikdən sonar vermişdir. Məqalədə deyilirdi ki, MKİ bir sıra ölkələrdə həbsxanalar şəbəkəsindən istifadə edir və bunlarda “Əl-Qaidə”nin əsir alınmış üzvləri saxlanır. Qəzet ölkələrin adlarını çəkməmişdi, lakin sonra məlum olmuşdur ki, onların arasında Polşa və Rumıniya da var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]