MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI SEÇİCİ VƏSİQƏLƏRİNİNVERİLMƏSİNİ DAVAM ETDİRİR
Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində fəaliyyət göstərən Müstəqil Mətbuat Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, komissiya noyabrın 6-da parlament seçkilərində səsvermə hüququna malik olan seçicilərin 92,66 faizini seçici vəsiqələri ilə təmin etmişdir. Belə ki, 125 seçki dairəsində səs verəcək 4 milyon 662 min 416 seçicinin 4 miylon 320 min 229 nəfərinə oktyabrın 14-dək seçici vəsiqəsi verilmişdir. Seçici vəsiqələrinin verilməsi davam etdirilir. Vətəndaşlar seçici vəsiqələri ilə bağlı problemlərlə əlaqədar olaraq MSK-da yaradılmış “qaynar xətt”ə (tel: 498-88-99) və MSK nəzdində fəaliyyət göstərən Müstəqil Mətbuat Mərkəzindəki “qaynar xətt”ə (tel: 498-87-70) zəng edə bilərlər.
Parlament seçkilərində namizədliyi qeydə alınanların 67 nəfəri oktyabrın 19-dək seçki marafonundan uzaqlaşmışdır. Onlardan 64 nəfəri öz namizədliyini geri götürmüş, 3 nəfərinin namizədliyi isə Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]