MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA 1291 BEYNƏLXALQ MÜŞAHİDƏÇİ QEYDƏ ALINMIŞDIR
Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən Müstəqil Mətbuat Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, müşahidəçilər, əsasən, beynəlxalq təşkilatları, ayrı-ayrı ölkələri, beynəlxalq qeyri-hökumət təşkilatlarını, eləcə də respublikamızdakı diplomatik korpusu təmsil edirlər.
Müşahidəçilər qrupuna ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (DTİHB) 663 nəfər, Avropa Şurasından 1 nəfər, Avropa Şurasının Parlament Assambleyasından 51 nəfər, Müstəqil Dövlətlər Birliyindən 360 nəfər, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasından 3 nəfər, Estoniya parlamentindən 15 nəfər, ABŞ-ın ölkəmizdəki səfirliyindən 37 nəfər, Polşanın ölkəmizdəki səfirliyindən 4 nəfər, İran səfirliyindən 4 nəfər, Qazaxıstan səfirliyindən 4 nəfər, Gürcüstan səfirliyindən 1 nəfər, Seçki Sistemləri üzrə Beynəlxalq Fonddan (İFES) 2 nəfər, Avrasiya Fondundan 1 nəfər, Ukrayna Mərkəzi Seçki Komissiyasından 3 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyasından 3 nəfər, Latviya Mərkəzi Seçki Komissiyasından 5 nəfər, Beynəlxalq Böhran Qrupundan 3 nəfər, Bolqarıstanın CİFDE qeyri-hökumət təşkilatından 25 nəfər, LYMEC qeyri-hökumət təşkilatından 33 nəfər, LİNKS qeyri-hökumət təşkilatından 4 nəfər, Fransanın Diplomatik və Strateji Araşdırmalar Mərkəzindən (DSAM) 25 nəfər, Maqdeburq Universitetindən (Almaniya) 6 nəfər, Latviyadan 13 nəfər, Estoniyadan 3 nəfər, Seçki və Demokratiya Mərkəzindən 6 nəfər, Bosniya və Herseqovinadan 2 nəfər, Rumıniyadan 1 nəfər, Macarıstandan 3 nəfər, Almaniyadan 2 nəfər, Sloveniyadan 3 nəfər, ABŞ-dan 3 nəfər, Böyük Britaniyadan 2 nəfər daxildir.