MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA 1586 BEYNƏLXALQMÜŞAHİDƏÇİ QEYDƏ ALINMIŞDIR
Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən Müstəqil Mətbuat Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, müşahidəçilər, əsasən beynəlxalq təşkilatları, ayrı-ayrı ölkələri, beynəlxalq qeyri-hökumət təşkilatlarını, eləcə də respublikamızdakı diplomatik korpusu təmsil edirlər.
Onların tərkibinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (DTİHB) 663 nəfər, Avropa Şurasından 1 nəfər, Avropa Şurasının Parlament Assambleyasından 52 nəfər, Müstəqil Dövlətlər Birliyindən 534 nəfər, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasından 9 nəfər, Estoniya parlamentindən 15 nəfər, Bolqarıstan Milli Assambleyasından 11 nəfər, ABŞ-ın ölkəmizdəki səfirliyindən 38 nəfər, Polşanın ölkəmizdəki səfirliyindən 4 nəfər, İran səfirliyindən 6 nəfər, Qazaxıstan səfirliyindən 4 nəfər, Gürcüstan səfirliyindən 1 nəfər, Seçki Sistemləri üzrə Beynəlxalq Fonddan (İFES) 2 nəfər, Avrasiya Fondundan 1 nəfər, Rusiya Mərkəzi Seçki Komissiyasından 2 nəfər, Bolqarıstan Mərkəzi Seçki Komissiyasından 2 nəfər, Ukrayna Mərkəzi Seçki Komissiyasından 3 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyasından 3 nəfər, Latviya Mərkəzi Seçki Komissiyasından 5 nəfər, Beynəlxalq Böhran Qrupundan 3 nəfər, Azərbaycan Türkiyə İş Adamları Birliyindən (ATİB) 1 nəfər, Bolqarıstanın CİFDE qeyri-hökumət təşkilatından 26 nəfər, LYMEC qeyri-hökumət təşkilatından 33 nəfər, LİNKS qeyri-hökumət təşkilatından 4 nəfər, Fransanın Diplomatik və Strateji Araşdırmalar Mərkəzindən (DSAM) 25 nəfər, ABŞ-ın Milli Demokratiya İnstitutundan 6 nəfər, Maqdeburq Universitetindən (Almaniya) 6 nəfər, Seçki və Demokratiya Mərkəzindən 6 nəfər, Türkiyədən 46 nəfər, Bolqarıstandan 14 nəfər, Bosniya və Herseqovinadan 2 nəfər, Ukraynadan 2 nəfər, Rumıniyadan 1 nəfər, Macarıstandan 3 nəfər, Almaniyadan 3 nəfər, Albaniyadan 1 nəfər, Sloveniyadan 4 nəfər, Belarusdan 1 nəfər, ABŞ-dan 3 nəfər, Fransadan 1 nəfər, Böyük Britaniyadan 3 nəfər, Latviyadan 14 nəfər, Estoniyadan 22 nəfər daxildir.