Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondu dünya azərbaycanlılarına təbrik ünvanlayıb
İstanbul, 30 dekabr, AZƏRTAC
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondunun sədri, professor Akkan Suver 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına təbrik mesajı yayıb.
AZƏRTAC xəbər verir ki, türk və ingilis dillərində yayılmış mesajda dünya azərbaycanlılarını öz işığında birləşdirən bu milli bayramın tarixinə və keçdiyi inkişaf yoluna nəzər salınır. Diqqətə çatdırılır ki, ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində dünya azərbaycanlılarının birlik və həmrəyliyini təmin edən bu əziz gündə hər bir vətənpərvər azərbaycanlı Ulu Öndərimizin xatirəsini ehtiramla yad edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul