Məsud Yusifzadə: Hədəfim qızıl medal qazanmaqdır
Bakı, 14 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC
İlk görüşüm olduğu üçün bir az çətinlik çəkdim. Türkiyəli rəqibimi tanıyırdım, onunla 2013-cü ildə Avropa çempionatında da qarşılaşmışdım və o zaman da yarımfinalda onu məğlub etmişdim.
Bu sözləri AZƏRTAC-a müsahibəsində IV İslam Həmrəyliyi Oyunlarında 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Məsud Yusifzadə söyləyib.
Türkiyəli rəqibini 5:0 hesabı ilə məğlub edən M.Yusifzadə deyib: “Növbəti rəqibim Özbəkistan boksçusudur. Onunla mayın 16-da qarşılaşacağam. İndiyədək onunla heç vaxt qarşılaşmamışam, amma döyüş taktikasını bilirəm. Hədəfim qızıl medal qazanmaqdır və əminəm ki, bunu əldə edəcəyəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [16:41]
“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik
- 29.10.2026 [16:30]