MƏTYU BRAYZƏ QAZ BAZARINDA QİYMƏT FƏRQİ AZALTMAĞI ZƏRURİ HESAB EDİR
AZƏRTAC xəbər verir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Mətyu Brayzənin fikrincə, hazırda Avrasiyanın strateji cəhətdən üzləşdiyi ən təcili enerji problemi təbii qazla bağlıdır. O, ABŞ-ın Enerji Assosiasiyasındakı çıxışında bəyan etmişdir ki, Avropada qaz bazarının fəaliyyətinə baxanda, onun səmərəsiz işlədiyi aydın olur. Çünki, əsasən, Mərkəzi Asiyadan nisbətən aşağı qiymətə alınan qaz Avropada baha satılır. Diplomat hesab edir ki, bazar imkanlarını artıraraq və onun qüvvəsindən istifadə edərək, bu iki qiymət arasında fərqi azaltmaq lazımdır. O, hökumətin mövqeyini ifadə edərək bildirmişdir ki, ABŞ-ın məqsədi qaz bazarının səmərəliliyini artırmaqdır, çünki bu, Amerikanın milli maraqlarına cavab verir.
Xəzərin enerji layihələrinə toxunan dövlət katibinin müavini Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi layihələrdə ABŞ-ın iştirakının strateji cəhətdən əhəmiyyətini vurğulayaraq demişdir: “Elədiklərimizin məqsədi həm də qlobal enerji təminatının təhlükəsizliyini yaratmaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]