Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mextild Rosler: Azərbaycan mədəni irsin qorunub saxlanmasına və mühafizəsinə böyük töhfələr verib

Paris, 13 sentyabr, AZƏRTAC

Gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlərin tanınması və silahlı münaqişələr zamanı onların toxunulmazlığının təmin edilməsi məqsədilə Haaqa Konvensiyasına əlavə olan 1999-cu il İkinci Protokolunu ratifikasiya edən dövlətlər xüsusi fərqləndirici nişan təsis ediblər. Bu nişan ilk dəfə UNESCO-nun gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlər siyahısına daxil edilmiş İçərişəhərdə və Qobustanda istifadə edilib. Bu siyahıya bəşəriyyət üçün son dərəcə önəmli olan mədəni mülkiyyətlər daxil edilir.

AZƏRTAC-ın xüsusi müxbiri bununla bağlı UNESCO-nun irs bölməsinin və Dünya İrs Mərkəzinin direktoru Mextild Roslerə suallarla müraciət edib.

-Gücləndirilmiş mühafizə mexanizmi nədir və bu mexanizmin əsas məqsədi nədən ibarətdir?

-1954-cü ildə silahlı münaqişələr zamanı mədəni mülkiyyətlərin mühafizəsi üçün Haqqa Konvensiyası təsis edilib. Bundan başqa, çox böyük əhəmiyyət kəsb edən məhdud sayda mədəni mülkiyyətlərin qorunması üçün ümumi və xüsusi mühafizə rejimi tərtib edilib. Ancaq bu sistem elə də uğur qazana bilməyib. Bu xüsusi rejimdəki xətaları düzəltmək məqsədilə yeni mühafizə sistemi - gücləndirilmiş mühafizə tərtib edilib və 1999-cu ildə ikinci protokol qəbul edilib. Bu mexanizm 1954-cü il Haaqa Konvensiyasının təqdim etdiyi ümumi və xüsusi rejimlərdən fərqli olaraq bəşəriyyət üçün son dərəcə əhəmiyyətli olan mədəni irs obyektlərinin yüksək səviyyəli mühafizəsini təqdim edir. Onun əsas məqsədi mədəni mülkiyyətləri bütün hərbi hücumlardan qorumaq üçün əlavə mühafizə təmin etməkdir. İkinci protokol onun müddəalarının ciddi pozulmasına hallarına görə xüsusi cinayət sanksiyaları nəzərdə tutur. Məsələn, əgər hər hansı fiziki şəxs gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətləri hücum obyektinə çevirirsə və ya gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətdən istifadə edirsə, yaxud onun yerləşdiyi məkandan hərbi fəaliyyətin dəstəklənməsi məqsədilə istifadə edirsə və ya konvensiya və protokol çərçivəsində mühafizə olunan mədəni mülkiyyətləri dağıdar və ya mənimsəyərsə, bütün bu ciddi pozuntular milli qanunvericilik çərçivəsində cinayət pozuntusu kimi qəbul edilir.

-Hazırda UNESCO-nun gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlər siyahısına hansı mədəni mülkiyyətlər daxildir və bu mülkiyyətlər hansı proses əsasında siyahıya alınır?

-Bu gün UNESCO-nun gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlər siyahısına 12 mədəni mülkiyyət daxildir ki, bunlardan ikisi Azərbaycana məxsusdur. Bu mədəni mülkiyyətlərin siyahısı təşkilatın saytında yerləşdirilib.

1999-cu il tarixli ikinci protokolun 10-cu və 11-ci maddələrində gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlərin siyahıya salınması proseduru təsbit edilib. Gücləndirilmiş mühafizə yalnız komitə tərəfindən silahlı münaqişə zamanı həmin mədəni mülkiyyətin qorunması məqsədilə verilə bilər. Bu, ikinci protokola üzv və aidiyyəti mədəni mülkiyyətlər üzərində səlahiyyəti və ya nəzarəti olan dövlətin tələbi ilə və ya Blu Şild Beynəlxalq Komitəsinin və digər səlahiyyətli beynəlxalq qeyri-hökumət təşkilatlarının komitəyə tövsiyəsi ilə mümkündür. İkinci protokolun 10-cu maddəsinə görə mədəni mülkiyyətlər, eyni zamanda, aşağıdakı üç şərtə də uyğun olmalıdır:

mədəni mülkiyyət bəşəriyyət üçün son dərəcə əhəmiyyətlidir; o, adekvat hüquqi və administrativ tədbirlərlə müstəsna mədəni və tarixi dəyər kimi tanınır və son dərəcə yüksək mühafizə ilə təmin olunur; hərbi məqsədlər və ya hərbi obyektləri müdafiə üçün istifadə olunmur. Yuxarıda adları sadalanan təşkilatların tələbinin qiymətləndirilməsindən sonra komitə üzvlərinin üçdəiki səs çoxluğu ilə həmin mədəni mülkiyyətə gücləndirilmiş mühafizə statusu verilib-verilməməsi ilə bağlı qərar qəbul edilir.

-Dünya irs siyahısı ilə gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlər siyahısı arasında hansı ümumi və fərqli cəhətlər var?

-Dünya irs siyahısı ilə gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlər siyahısı eyni beynəlxalq konvensiyalar əsasında tərtib edilməyib. Birincisi, dünya mədəni və təbii irsin qorunmasına dair 1972-ci il Konvensiyasından irəli gəlir. Digəri isə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin müdafiəsinə dair 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il ikinci protokoluna istinadən tərtib edilib. Lakin bu, heç də o demək deyil ki, bu iki mexanizm arasında oxşarlıq yoxdur. Əslində gücləndirilmiş mühafizə mexanizmi 1972-ci il Konvensiyası əsasında tərtib edilib. Bundan başqa, mədəni mülkiyyətlərin gücləndirilmiş mühafizədən bəhrələnə bilməsini nəzərdən keçirərək komitə diqqətə çatdırır ki, dünya irsi siyahısına salınmış daşınmaz mədəni mülkiyyətlər bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edən şəraitlə təmin olunsun. Hər iki mexanizm dövlətləri mədəni irsin qorunub saxlanması və mühafizəsi üçün tədbirlər görməyə təşviq edir. Bu beynəlxalq mexanizmlər çərçivəsində dövlətlər mədəni irsə birbaşa və ya dolayı yolla xələl gətirə biləcək tələsik tədbirlər görməmək öhdəliyi götürürlər. Bununla belə, bu iki mexanizm arasında mühüm fərqlər də müşahidə oluna bilər. 1972-ci il Konvensiyası sülh şəraitində, 1954-cu il Konvensiyası və onun ikinci protokolu silahlı münaqişə zamanı mədəni irsin müdafiəsini təmin etmək üçün düşünülüb. Bundan əlavə, mühafizə olunan mədəni mülkiyyət də eyni deyil: 1954-cü il Konvensiyası və onun 1999-cu il ikinci protokolu əslində daha geniş normanı əhatə edir, çünki onlar daşınar və daşınmaz mədəni mülkiyyətin mühafizəsini təmin edir. Ancaq 1972-ci il Konvensiyası yalnız daşınmaz mülkiyyəti nəzərdə tutur. Üstəlik, yalnız 1954-cü il Haaqa Konvensiyası və ona əlavə ikinci protokol sanksiyalar nəzərdə tutur. Gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlərə hücum, hər hansı hərbi fəaliyyətə dəstək verilməsi və ya onu dağıtmaq üçün istifadə edilməsi 1999-cu il ikinci protokolunun ciddi pozulması kimi hesab olunur. Bu məsələyə üzv dövlətlər tərəfindən baxılır və ekstradisiya xarakterli cinayət əməli kimi nəzərə alınır.

-Mədəni mülkiyyətin qorunub saxlanması və mühafizəsi sahəsində UNESCO və Azərbaycan arasında hazırkı əməkdaşlıq haqqında nə deyərdiniz?

-Bu il Azərbaycan Respublikasının UNESCO-ya üzv olmasının 25 illiyi qeyd edilir. Azərbaycan 1954-cü il Haaqa Konvensiyasının üzvüdür və onun iki protokolunu ratifikasiya edib. Azərbaycan mədəni irsin qorunub saxlanılması və mühafizəsinə böyük töhfələr verib. 2013-cü ildə Şirvanşahlar sarayı və Qız qalası, eləcə də qayaüstü rəsmlərdən ibarət olan Qobustan qoruğu gücləndirilmiş mühafizə altında olan dünya mədəni irs siyahısına salınıb.

Azərbaycan, həmçinin 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunun həyata keçirilməsi fəaliyyəti ilə bağlı da öz töhfəsini verib. UNESCO davamlı dəstəyinə görə Azərbaycana minnətdardır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir