“Microsoft” korporasiyası “Windows XP” üçün “Office 2010” paketinin dəstəyini dayandırıb
Bakı, 15 oktyabr, AZƏRTAC
“Microsoft” korporasiyası oktyabrın 13-də “Windows XP” əməliyyat sistemi üçün “Office 2010” paketinin dəstəyini dayandırıb.
AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, ABŞ korporasiyası hələ iki həftə bundan əvvəl istifadəçilərə “Office 2010”-dan yeni “Office 2019” paketinə keçməyin vacibliyi haqqında xəbərdarlıq etmişdi. Şirkət son 10 ildə “Office 2010” paketini dəstəkləyib, amma indi dəyişiklik vaxtı gəlib.
“Microsoft”, həmçinin “Mac” əməliyyat sistemi üçün “Office 2010” və “Office 2016” paketlərinin dəstəyini dayandırıb. Bu o deməkdir ki, şirkət daha bu məhsullar üçün texniki dəstək göstərməyəcək, səhvləri aradan qaldırmayacaq və təhlükəsizlik yeniləmələri çıxarmayacaq. Həmin proqram təminatlarından istifadə etməyə davam edən istifadəçilər təhlükə ilə qarşılaşa bilərlər.
Qeyd etmək lazımdır ki, 2010-cu ildən sonra çıxarılmış “Office” versiyaları “Windows XP” sistemini dəstəkləmir. Analitiklərin məlumatına görə, dünyada milyonlarla istifadəçi sözügedən əməliyyat sistemindən istifadəyə davam edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]