MİLLİ FUTBOL KOMANDAMIZIN BAŞ MƏŞQÇİSİ FİNLANDİYA İLƏ OYUNU YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 20-də futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Coko Hadziyevski Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında mətbuat konfransı keçirmişdir.
Yığmanın baş məşqçisi öncə Azərbaycan millisinin Finlandiya komandasına qarşı oyunu barədə məlumat verərək bildirmişdir ki, futbolçularımız bu görüşə cəmi beş günlük hazırlıqdan sonra çıxmalarına baxmayaraq, finlərlə sonadək mübarizə aparmış, yaxşı oyun nümayiş etdirmişlər.
Finlandiyanın oyun üslubunu yüksək qiymətləndirən C.Hadziyevski həmin ölkə yığmasının qrupda yer almış Polşa, Serbiya və Portuqaliya kimi güclü komandalarla eyni səviyyədə olduğunu vurğulamışdır. Baş məşqçi Azərbaycan futbolçularının səfər görüşündə qələbə əzmi ilə oynadıqlarını, 90 dəqiqə ərzində meydanda əsl şücaət göstərdiklərini söyləmişdir.
C.Hadziyevski noyabrın 21-də Bakıda keçiriləcək Azərbaycan-Belçika oyununa da toxunmuş, həmin görüş zamanı artıq başqa taktika seçiləcəyini, komandanın yalnız qələbəyə köklənəcəyini bildirmişdir.
Sonda baş məşqçi jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]