Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli ideyamız: güclü təhsil və davamlı inkişafa doğru

Milli ideyamız: güclü təhsil və davamlı inkişafa doğru

Bakı, 12 iyul, AZƏRTAC

Qlobal nizam uğrunda geosiyasi dalğalanmalar hər bir dövlətdən yeni şəraitə uyğunlaşmağı, mövcud reallıq və çağırışlara cavab verməyi tələb edir. Bunu öncədən görməyən və buna hazır olmayan dövlətlər onlar üçün hazırlanan “tale”yi yaşamağa məhkumdur. Məsələn, dövrünün yeni tələblərini (elmi-texniki inkişaf, İkinci Sənaye İnqilabının başlaması), geosiyasi şərtlərini nəzərə almayan Avstriya-Macarıstan, Bolqarıstan krallığı, Almaniya imperiyası qüdrətli keçmişləriylə vidalaşmalı olmuşlar. Uzaq və yaxın keçmişdə bu cür aqibətlə üzləşən dövlətlərin sayı az deyil. Bu nümunələri göstərməkdə məqsəd tarixi mövzuları diqqət mərkəzinə gətirmək deyil, Azərbaycan Respublikası Prezidentinin müasir dövrün çağırışları və gələcək hədəfləri müəyyənləşdirən bəyanatındakı milli ideya fəlsəfəsinə nəzər salmaqdır. Niyə milli ideya, milli ideyanın mərkəzində nə durmalıdır, milli ideyasız inkişafa nail olunurmu, hər bir xalqın milli ideyası varmı, mili ideya xalqa, topluma nə qazandıra bilər, bizim milli ideyamızın əsas hədəfi nə olmalıdır və s. sualları mövzu daxilində çavablandırmağa çalışırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılovun “Milli ideyamız: güclü təhsil və davamlı inkişafa doğru” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Öncə milli ideyanın nə olduğu, hansı missiyanı yerinə yetirdiyi, nəyi əhatə etdiyi aydın olmalıdır ki, o haqda yürüdülən fikirlərin məzmununda həqiqət, məntiq və uğur olsun. Məsələn, milli ideya - millətin kimliyini, məqsədini və dəyərlərini müəyyən edən birləşdirici baxış və ya prinsiplər toplusudur. O, çox vaxt tarixi təcrübəni, mədəni irsi, siyasi istəkləri və sosial məqsədləri əhatə edir. Milli ideya insanları ruhlandırır, onu istiqamətləndirir və topluma güc qazandırır.

Milli ideya bütövlükdə cəmiyyətlə bağlıdır və cəmiyyəti ümumi məqsədlər ətrafında səfərbər etməlidir, eyni amallar uğrunda mübarizəyə səsləməlidir. Otuz il əvvəl işğal və təcavüz - Azərbaycan cəmiyyətini əsas milli ideya ətrafında birləşdirdi. “Vətənin bütövlüyü” - toplumun düşüncə bütövlüyünü yaradan inam gücünə, milli ideyanın əsas qayəsinə çevrildi. “Vətənin bütövlüyü” ideyası dövlətin strategiyasında da əsas yer tutdu. Bu baxımdan milli ideyanın əsas məqsədinə nail olmağın yolu “güclü ordu” konseptindən keçirdi. “Güclü ordu” konsepti və ümumi iradəni təcəssüm etdirən “birlik” və “Dəmir yumruq” fəlsəfəsi “Vətənin bütövlüyü”nü təmin etdi. Bununla da milli ideyanın “Birlikdə güc” strategiyası öz məqsədinə çatdı. Beləliklə, Azərbaycan xalqının gələcək taleyini müəyyənləşdirən, ümumi məqsədlər ətrafında birləşdirən, onu bu işə səfərbər edən yeni milli ideyaya ehtiyac yarandı.

Yeni milli ideyanın tapılması, onun gələcək hədəflərinin müəyyənləşməsi üçün digər ölkələrin və xalqların təcrübəsinə baxmaq, uğura aparan yolların alt qatlarını incələmək lazımdır. Bir çox ölkələrin əsas dəyərlərini, istəklərini özündə cəmləşdirən milli ideyalara nəzər saldıqda aydın olur ki, milli ideyalar çox vaxt dövlətin gücünü, onun müdafiə immunitetini, rəqabət qabiliyyətini müəyyənləşdirən sosial normalarını formalaşdırır. Bəzi ölkələrin milli ideyalarında əsas məqamları yığcam formada müqayisə etmək, mövzu daxilində əsaslandırmaq istəyimiz məsələnin əhatəli və dolğun təsviri baxımından daha uyğun yanaşma ola bilər. Məsələn, Amerika Birləşmiş Ştatlarının milli ideyası “Amerika arzusu”dur. “Amerika arzusu” ideyası mənşəyindən asılı olmayaraq hər kəsin zəhmət və qətiyyətlə uğur qazana biləcəyinə inamı əhatə edir.

İkinci Dünya müharibəsindən sonra Yaponiyanın milli ideyası “Harmoniya və tərəqqi”dir. Mədəniyyətin qorumasında texnoloji tərəqqi və harmoniya fəlsəfəsinə söykənən yapon milli ideyası - texnoloji tərəqqi və modernləşməni əhatə etməklə, həm sosial münasibətlərdə, həm də təbiətlə harmoniya yaratmağı və ənənəvi mədəniyyətin qorunmasını əhatə edir.

Almaniyanın milli ideyası “Birlik və məsuliyyət”dir. Almaniya dövlətinin birləşməsindən sonra “Birlik və məsuliyyət”ə əsaslanan alman milli ideyasında “alman dəqiqliyi” və “alman məsuliyyəti” qlobal miqyasda maddi və mənəvi keyfiyyət kimi təqdim edilir.

Çinin milli ideyası “Milli gəncləşmə və kollektiv tərəqqi”ni ifadə edir. Burada zəruri qeydə ehtiyac var. Çinin inkişafı onu göstərir ki, milli ideyanın hədəfləri toplumun milli xüsusiyyətləri ilə sıx bağlıdırsa, o zaman idarəçiliyin formasından asılı olmayaraq nəticələr yüksək olur. Bu baxımdan mərkəzləşdirilmiş güclü hökumətin Çin xüsusiyyətləri əsasında formalaşan milli ideyasına və onun əsas hədəfləri olan - “milli cavanlaşma, iqtisadi inkişaf və kollektiv sosial tərəqqi” konseptinə dəstək verməsi tam məntiqlidir.

Koreya müharibəsindən sonra bərpa və inkişafı əks etdirən Cənubi koreyalıların milli ideyası möhkəmlik və zəhməti əhatə edən “Təhsil və innovasiya”dır. Təhsildə mükəmməlliyi, texnoloji yenilikləri, davamlılığı nəzərdə tutan Cənubi Koreyanın milli ideyası onun sürətli iqtisadi inkişafının əsasını təşkil edir.

Milli ideyası üzərində böyük uğurlara imza atan daha bir ölkə isə Sinqapurdur. Sinqapurun milli ideyası “Meritokratiya və praqmatizm”dir. Meritokratiya, multikulturalizm və praqmatizm fəlsəfəsini əhatə edən Sinqapurun milli ideyası fərdlərin bacarıq və səyləri əsasında uğur qazanmağı təşviq edən, müxtəlif etnik qruplar arasında harmoniyanın təmin edilməsini və siyasətin formalaşmasında praqmatizmi təbliğ edir.

Məsələn, Rusiyada “Suverenlik və güc”, Hindistanda “Müxtəliflikdə birlik”, Braziliyada “Nizam və tərəqqi” və başqa ölkələrin milli ideyalarını bu siyahıya əlavə etmək mümkündür. Lakin məqsədimiz siyahını genişləndirmək deyil, əsas məqsəd qeyd olunan ölkələrin uğura çatmağını göstərməklə Azərbaycan toplumunun bu gün və gələcək hədəflərini müəyyənləşdirən, inkişaf və tərəqqini əhatə edən milli ideyası haqqında düşünməkdir. Bu baxımdan milli ideya hər bir ölkə üçün əsas prinsipləri əhatə etməklə, onların tarixi dəyərlərini və istəklərini əks etdirməlidir. Digər tərəfdən, bu ideyaların xalqın kollektiv kimliyini formalaşdıran, məqsəd və istiqamət hissini təmin edən milli siyasətlə əlaqəsinə nəzər yetirdikdə aydın olur ki, milli ideya xalqın milli mənəvi xüsusiyyətləri ilə qırılmaz surətdə bağlı olanda nəticəsi də uğurlu olur. Azərbaycan toplumunun hədəflərinin müəyyənləşməsində milli-mənəvi xüsusiyyətləri nəzərə almadan, onun milli identikliyində “mürgüləyən” arzuları oyatmadan milli ideya konsepsiyasını uğura çatdırmaq mümkün deyil. Bu baxımdan öz övladlarının savadlı böyüməsində hər cür fədakarlığa hazır olan Azərbaycan ailəsinin ümummilli arzuları keyfiyyətli təhsillə bağlıdır. Hətta savadı olmayan sadə vətəndaşların öz övladlarını təhsilli (diplomlu) görmək üçün ən çətin şərtlərə hazır olduğunu hər birimiz hiss edirik. Azərbaycan xalqının təhsilə bağlı istəkləri statik deyil, dinamikdir. Savadlı olmaq uğrunda mübarizə maarifçilik hərəkatı ilə bağlıdır və bunun tarixi kökləri var.

XX əsrin əvvəllərini Azərbaycan maarifçiliyini müsəlman Şərqinin intibah dövrü adlandırmaq olar. Maarifçilik dalğası Şərq sivilizasiyasının mentallığından azad olmaq üçün milli identikliyin yeni keyfiyyətdə inşa olunmasının “tikinti kərpiclərini” formalaşdırırdı. Bu “kərpiclər” dünyəvi məktəblərin, universitetlərin fəaliyyətində öz rolunu oynayaraq 1830-cu ildə istifadəyə verilmiş Şuşa məktəbi də daxil olmaqla, 2024-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndidə yaradılan Qarabağ Universiteti kimi təhsil ocaqlarını əhatə etmişdir. Bu baxımdan Azərbaycan xalqının milli kimliyində təhsilli olmaq, savadlı olmaq tərəqqiyə çatmağın müqəddəs yolu, alternativsiz düşüncə sistemini təşkil edir. Bütün bu qeyd olunanların fəlsəfi dərki onu göstərir ki, bizim milli ideyamızın tarixi kökləri və gələcək uğurları “Təhsil və davamlı inkişaf”la bağlıdır.

Milli ideyamız uğurlu təhsil fəlsəfəsinə əsaslanarsa və cəmiyyətin potensialını bu müqəddəs amal uğrunda səfərbər etmək olarsa, davamlı inkişafa nail olmaq mümkündür. Uğurlu təhsil fəlsəfəsinə yönəlmiş milli ideya dərin və geniş miqyaslı faydalar, o cümlədən inkişaf etmiş insan kapitalı, iqtisadi artım, sosial tərəqqi və qlobal rəqabət qabiliyyəti verə bilər. Təhsilə üstünlük verməklə, bir millət davamlı rifahı təşviq edən və bütün vətəndaşlarının həyat keyfiyyətini yaxşılaşdıran fəzilətli inkişaf dövrü yarada bilər.

“Təhsil və davamlı inkişaf” ölkənin ümumi inkişafına və çiçəklənməsinə milli ideya kimi töhfə verən çoxsaylı uğurlu nəticələr yarada bilər. Nəzərə alsaq ki, Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkədir və bu ölkənin ekoloji mühitinin sağlamlaşdırılması və qorunması təhsilli vətəndaşlardan keçir, o zaman təhsilin dayanıqlı inkişafla əlaqəsi aydın olur. Bu konsepsiyaya əsaslanmaqla xalqın hərtərəfli inkişafına və uzunmüddətli davamlılığına töhfə verən çoxsaylı uğurların bir neçə istiqamətini qeyd etmək olar:

• Güclü təhsil fəlsəfəsi daha vicdanlı və məsuliyyətli cəmiyyətə aparan etik və əxlaqi dəyərləri formalaşdıran yeni etik normalar müəyyənləşdirəcək.

• Təhsil tədqiqat və inkişafı təşviq edəcək, texnoloji tərəqqiyə və yeni sənayeləşmə prosesinə təkan verəcək. Yeni texnologiyanın mənimsənilməsi savadlı əhalinin müxtəlif sektorlarda irəliləyişə səbəb olmaqla, davamlı həyat tərzinə doğru mədəni dəyişiklikləri, istehlakın azaldılmasını, davamlı məhsul və xidmətlərin istifadəsini təşviq edəcək.

• Güclü təhsil sisteminə malik olmaqla xalqımız mədəni mübadilə və intellektual liderlik vasitəsilə regional və qlobal miqyasda yumşaq güc əldə etməklə təsiri böyüyəcək.

• Güclü təhsil sistemi süni intellekt texnologiyalarını inkişaf etdirməyə, tətbiq etməyə və idarə etməyə qadir olan yüksəkixtisaslı işçi qüvvəsi yaradacaq, qlobal bazarda Azərbaycanın bir ölkə kimi innovasiya və rəqabət qabiliyyətini artıracaq, texnoloji tərəqqidə tədqiqat mərkəzlərindən birinə çevirəcək.

• Təhsilli fərdlərin ekoloji problemlərə qarşı innovativ həllər hazırlamaq və həyata keçirmək bacarıqları artacaq. Güclü təhsil cəmiyyətin bütün təbəqələrinin davamlı inkişafda iştirak etmək və ondan faydalanmaq imkanını təmin edəcək.

• Güclü təhsil fərdlərin layiqli işlə təmin olunması üçün hər kəsə lazım olan bacarıq və biliklərin verilməsində xüsusi rol oynayacaq, ölkəmizdə bərpaolunan enerji, kənd təsərrüfatı və digər vacib sahələrdə irəliləyişlərə gətirib çıxaran davamlı texnologiyalarda innovasiyaları təşviq edəcək.

• Təhsilli fərdlərin artan sağlamlıq savadlılığı və məlumatlara çıxış əldə etməsi gənc nəslin sağlam böyüməsinə və daha yaxşı ümumi həyat keyfiyyətinə, orta ömrün uzanmasına təsir edəcək.

• Keyfiyyətli təhsilə üstünlük verməklə cəmiyyətimiz texnologiyadakı dəyişikliklərə və qlobal bazar tendensiyalarına daha yaxşı uyğunlaşa biləcək, uzunmüddətli davamlı inkişaf təmin olunacaq, dövlətimiz həm iqtisadi, həm də mədəni baxımdan qlobal səhnədə rəqabət aparmaq üçün daha yaxşı mövqeyə malik olacaq.

• Dayanıqlı inkişaf keyfiyyətli təhsilə söykənərsə onun milli ideyadakı rolunu - iqtisadi artımda, sosial inklüzivliyi və ətraf mühitin mühafizəsini nəzərə alan balanslaşdırılmış yanaşmada, gələcək nəsillər üçün resursların mövcud olmasını təmin edən uzunmüddətli strategiyalarda hiss etmək mümkün olacaq.

• “Təhsil və davamlı inkişaf”ın milli ideya kimi həyata keçirilməsi işinə ictimaiyyətin cəlb edilməsi təhsilin bütün səviyyələrində ölkənin hər bir vətəndaşını daha möhkəm, ədalətli və davamlı gələcəklə təmin edə biləcək.

Bütün bu qeyd olunan və mövzu daxilində müxtəlif ölkələrin milli ideyasında göstərdiyimiz faktlar “şüar” deyil, bu ölkələrin rəqabət yarışında onları milli mübarizəyə yönəldən strategiyadır, həyat və “tale” yoludur.

Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi tədbirlər və imzaladığı sərəncamlar Azərbaycanın təhsil sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində əhəmiyyətli addımlardır. Milli ideya ilə bağlı Prezidentin müraciətindən aydın olur ki, o bu axtarışları elm adamları və ziyalıların öhdəsinə buraxmaqla nəyi nəzərdə tutduğunu dəqiq bilir. Bütövlükdə xalqın, təhsil və elm adamlarının milli ideyada əks olunacaq dəyərlər ətrafında səfərbər olunmasına ümid edərək xalqını Zəfərə qovuşduran strategiyanın müəllifi, Prezident İlham Əliyevin bu istiqamətdə qarşıya qoyduğu vəzifələrin icrası isə yeni reallıq yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir