Milli Kitabxanada “Xalq şairi Səməd Vurğun – 115” adlı sərgi virtual rejimdə təqdim edilib
Bakı, 19 mart, AZƏRTAC
Səməd Vurğun xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir. O, mədəniyyət tariximizə Azərbaycan ədəbiyyatının klassiki, böyük şair və dramaturq, nəzəriyyəçi və ədəbi prosesin təşkilatçısı kimi daxil olub. Əlliillik ömrünün otuz ilini ədəbi yaradıcılığa həsr edən Səməd Vurğun yüksək vətəndaşlıq poeziyasının əbədi yaşamaq hüququ qazanmış nümunələrini yaradıb.
Müasir Azərbaycan dilinin və ədəbiyyatının zənginləşməsində böyük rol oynamış sənətkarın bədii irsi mədəniyyətimizin inkişafında bütövlükdə yeni mərhələ olub. Onun ürəkdən gələn lirik şeirləri, yüksək pafoslu qəhrəmanlıq poemaları, dram əsərləri Azərbaycan ədəbiyyatı xəzinəsinə möhkəm daxil olub və Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda böyük şöhrət qazanıb. O, yorulmaz mübariz, gələcəyə nəzər salan arzular şairi idi.
Mart ayının 21-i Xalq şairi Səməd Vurğunun 115 illik yubileyi tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “Xalq şairi Səməd Vurğun-115” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Xalq şairi haqqında görkəmli şəxslərin fikirləri, həyat və yaradıcılığı haqqında kitablar, məqalələr və fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xalq_sairi_Semed_Vurgun_115/index.htm linkindən istifadə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]