MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
ABŞ Prezidentinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfərini xatırladan parlamentin sədri səfər çərçivəsində aparılan danışıqların qarşılıqlı əlaqələrin daha da inkişafına təkan verdiyini bildirdi.
ABŞ-ın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərini, digər irimiqyaslı layihələri dəstəkləməsinin, amerikalı iş adamlarının ölkəmizin iqtisadiyyatına sərmayə qoymasının yüksək qiymətləndirildiyini vurğulayan parlamentin sədri bildirdi ki, ümid edirik, ABŞ Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu xəttinin çəkilməsinə də dəstək verəcəkdir.
Sonra Oqtay Əsədov parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının rolundan danışdı, Riçard Luqarın ölkəmizə bu səfərinin əməkdaşlığın genişlənməsi baxımından faydalı olacağını söylədi.
Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Ders bildirdi ki, ABŞ Senatında 30 ildən artıq fəaliyyət göstərən Riçard Luqar bütün dünyada demokratiyanı təbliğ edir. Azərbaycana səfərindən məqsəd də bu ölkədə demokratiyanın inkişafı ilə bağlı fikirləri öyrənməkdir.
Senator Riçard Luqar Azərbaycana üçüncü dəfə gəldiyini xatırladaraq dedi ki, ABŞ Prezidentinə, qanunvericilik və məhkəmə orqanlarına yaxın olan bir şəxs kimi, Azərbaycanda gedən proseslərlə yaxından tanış olmaq, ətraflı məlumat toplamaq niyyətindədir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]