MİLLİ MƏCLİSDƏ QƏBUL
Yanvarın 31-də Milli Məclisin sədri Murtuz Ələsgərov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çjan Qotsyanı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Murtuz Ələsgərov səfiri səmimiyyətlə salamlayaraq, Azərbaycanla Çin arasındakı əlaqələrin möhkəmlənməsində onun fəaliyyətini yüksək qiymətləndirdi. O dedi: “Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Penin Azərbaycana rəsmi səfərinin təşkili, ÇXR-in Bakıdakı səfirliyinin yeni binasının açılışı Sizin səmərəli fəaliyyətinizlə bir vaxta düşmüşdür”.
Sonra Murtuz Ələsgərov Milli Məclislə daim əlaqə saxladığına görə səfirə təşəkkür etdi, diplomatik fəaliyyətində ona bundan sonra da uğurlar arzuladı.
Çjan Qotsyan səmimi qəbula görə təşəkkürünü bildirərək dedi ki, səfir vəzifəsini ölkələri və xalqları yaxınlaşdıran körpü ilə müqayisə etmək olar. Çin-Azərbaycan münasibətlərinin inkişafında ölkələrimizin dövlət və parlament başçılarının əlaqələri çox böyük rol oynayır. O vurğuladı ki, Azərbaycan Prezidenti Heydər Əliyevin və Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Penin özülünü qoyduqları Çin səfirliyinin yeni binası ölkələrimizin dostluğunun rəmzi olacaqdır.
Görüşdə Milli Məclisin nümayəndə heyətinin ÇXR-ə qarşıdakı səfəri, Asiya ölkələri parlamentləri sədrlərinin aprelin 16-da Pekində keçiriləcək konfransında iştirakı məsələlərinə dair fikir mübadiləsi də aparıldı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [18:18]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
- 08.08.2026 [16:19]
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:37]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:30]