Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin beş komitəsində dövlət büdcəsi müzakirə edilib

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

İclası Konstitusiya Günü, Zəfər Günü, Dövlət Bayrağı Günü ilə bağlı təbrik sözləri ilə açan Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Azərbaycanın Vətən müharibəsindəki Zəfərinin əhəmiyyətindən danışıb. Son 200 illik tarixində Azərbaycanın ilk dəfə parlaq Qələbə ilə ərazilərini geri aldığını deyən komitə sədri bununla da “böyük Ermənistan” ideyasının məhv edildiyini diqqətə çatdırıb. Vitse-spiker Qələbənin qazanılmasında dövlət başçısının lider keyfiyyətlərini, onun yeritdiyi siyasəti, dövlət-xalq birliyini, silahlı qüvvələrimizin şücaətini xüsusi qeyd edib.

Bütün bu uğurların əsasında iqtisadi inkişafın və onun hərəkətverici qüvvəsi olan dövlət büdcəsinin dayandığını vurğulayan Fəzail İbrahimli 5 komitənin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasını da bu cəhətdən əlamətdar adlandırıb.

Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2022-ci ilin dövlət büdcəsində keçən ilə nisbətən gələn il üçün büdcə xərcləri artırılaraq 29 milyard 879 milyon manat məbləğində təklif olunur. Bu da gələn il üçün proqnozlaşdırılan ÜDM-nin 34,5 faizinə bərabərdir. Cari ildə olduğu kimi növbəti ildə də dövlət büdcəsinin prioritet xərclərində işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasına xüsusi önəm verilib.

Eyni zamanda, Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətimizin milli təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, eyni zamanda, dövlət sərhədlərinin etibarlı qorunması məqsədləri üçün prioritet istiqamət kimi 4 milyard 990 milyon manat vəsait ayrılıb ki, bu da dövlət büdcəsi xərclərinin 15 faizinə bərabərdir.

Qeyd olunub ki, həmin ərazilərdə hüquq-mühafizə orqanlarının xidmətlərinin təşkili və hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinin maliyyə təminatının yaradılması üçün dövlət büdcəsində müvafiq olaraq əməyin ödənişi fondu xərcləri növbəti ildə 761 milyon manat və yaxud 26,4 faiz artırılıb.

Digər prioritet xərc istiqaməti kimi xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiənin təmin edilməsi xərclərinin dayandığı bildirilib. 2022-ci ildə sosialyönümlü xərclər cari illə müqayisədə 1 milyard 649 milyon manat və yaxud 13,5 faiz artırılaraq 13 milyard 851 milyon manata çatdırılır. Beləliklə də onların büdcədə xüsusi çəkisi 46,4 faiz olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ilin dövlət büdcəsində gələn il yanvarın 1-dən əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və digər sosial ödənişlərin artırılması üçün 1 milyard 440 milyon manat məbləğində müvafiq maliyyə təminatı təmin edilib.

Növbəti ilin prioritet vəzifələri sırasında təhsil xərclərinin də xüsusi yer tutduğunu deyən nazir Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun növbəti 5 il üçün sosial-iqtisadi inkişaf strategiyasının hazırlandığını deyib.

Həmin inkişaf prioritetlərində təhsilin xüsusi prioritet kimi qeyd olunduğunu deyən nazir müzakirə edilən büdcə layihəsində də əvvəlki illərə nisbətən daha artıq vəsaitin - 3 milyard 884 milyon manat (cari illə müqayisədə 607 milyon manat və ya 18,5 faiz çox) ayrıldığını qeyd edib. Bildirib ki, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının genişləndirilməsi üçün yeni yaradılan Tələbə Kredit Fondunun nizamnamə kapitalının 102 milyon manata çatdırılması, növbəti tədris ilində dövlət sifarişi ilə təhsil alan tələbələrin sayının əvvəlki illə müqayisədə 15 min 893 nəfər artırılması nəzərdə tutulub.

Həmçinin dövlət hesabına təhsil alan tələbələrin sayının 2569 nəfər artırılması, təqaüd alan tələblərin sayının isə 12 mindən artıq bir həddə çatdırılması nəzərdə tutulub.

Gənc mütəxəssislərin kənd rayonlarındakı ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə ayrılan vəsait də 50 faiz artırılıb.

Qeyd edilib ki, büdcədə elm xərcləri cari illə müqayisədə 20 milyon manat çox olmaqla 203 milyon manat nəzərdə tutulub.

Növbəti ilin büdcəsində səhiyyəyə ayrılan vəsaitin yenə prioritet xərc istiqaməti kimi qaldığını deyən nazir bu məbləğin 1 milyard 789 milyon manat (cari ilə nisbətən 119 milyon manat çox) təşkil edəcəyini, bunun da əsas hissəsinin icbari tibbi sığorta ilə bağlı dövlətin öhdəliklərinin yerinə yetirilməsinə sərf ediləcəyini bildirib.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın 2022-ci ilin Dövlət Büdcəsinə dair hazırladığı rəyini təqdim edib. Bildirilib ki, Hesablama Palatasının 2022-ci ilin Dövlət Büdcəsi layihəsi ilə bağlı hazırlanmış rəyi müvafiq qaydada parlamentə təqdim olunub. Rəydə büdcənin icra olunacağı makro mühitin əsas parametrlərinə uyğun təhlillər aparılıb.

Vüqar Gülməmmədov büdcə zərfində göstərilən risklərlə yanaşı, Hesablama Palatası tərəfindən müəyyən edilən əlavə fiskal risklər barədə ətraflı məlumatın və onun qiymətləndirilməsinin də rəydə əks olunduğunu qeyd edib.

Birgə iclasda 2022-ci ilin Dövlət Büdcəsi layihəsi ilə bağlı Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Hicran Hüseynova, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, komitələrin sədr müavinləri Fazil Mustafa, Məlahət İbrahimqızı, Sahib Alıyev, deputatlar Etibar Əliyev, Şahin Seyidzadə, İlham Məmmədov, Sevil Mikayılova, Soltan Məmmədov, Rauf Əliyev, insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış ediblər.

Çıxışçılar 2022-ci ilin təklif olunan dövlət büdcəsini qalib ölkənin qalib büdcəsi kimi xarakterizə ediblər. Sahələr üzrə xərclərin artırılmasını təqdirlə qarşılayıblar. Bəzi sahələr üzrə vəsaitlərin artırılması ilə bağlı fikirlərini bildiriblər. Tibbi tədqiqatların, onkoloji xəstələrin diqqətdə saxlanılması, dərman sektorunun sağlamlaşdırılması, şəhid ailələri, qazilər, hərbi qulluqçuların, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, elmin və təhsilin keyfiyyətinin yüksəldilməsi, mədəniyyət sahələrinin dəstəklənməsi kimi istiqamətlərlə bağlı rəy və təkliflərini səsləndiriblər.

Sonra maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, səsləndirdikləri sualları cavablandırıb.

Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH