MİLLİ MƏCLİSİN DEPUTATLARI QAHİRƏDƏ KEÇİRİLƏCƏK SEMİNARDA İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova və Hesablayıcı komissiyanın sədri Məlahət Həsənova “Ərəb və İslam mədəniyyəti” mövzusunda keçiriləcək seminarda iştirak etmək üçün mayın 14-dən 22-dək Qahirədə səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində deputatlarımız elmi müzakirələrdə iştirak edəcək, tanınmış Misir universitetlərinin alim və professorları ilə fikir mübadiləsi aparacaqlar. Onların Misir parlamentindən olan həmkarları ilə görüşləri də nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [11:47]
Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
- 10.10.2026 [20:45]