Milli Məclisin sədri Moskvada naməlum əsgərin məzarını ziyarət edib
Moskva, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri səfər çərçivəsində Moskva şəhərinin “Aleksandr” bağına gələrək naməlum əsgərin məzarının önünə əklil qoyub.
Gün ərzində Sahibə Qafarovanın Rusiya Federasiyası Federal Məclisin Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşləri gözlənilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]