Milli Olimpiya Komitəsi İstanbulda şef de-mission seminarında təmsil olunur
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-dan iyulun 2-dək Türkiyənin İstanbul şəhərində Avropa Olimpiya Komitələri (AOK) və “İstanbul-2027” Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən yarışın şef de-mission seminarı keçirilir.
Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a verilən məlumata görə, seminarda ölkəmizi MOK-un Beynəlxalq Əlaqələr Departamentinin direktoru Anar Bağırov təmsil edir.
Seminar çərçivəsində iştirakçı ölkələrin nümayəndələri üçün Oyunlara hazırlıq prosesi, yarış və qeyri-yarış obyektləri, idmançı kəndləri, akkreditasiya, logistika, nəqliyyat, təhlükəsizlik, tibbi xidmət, antidopinq proqramı, informasiya texnologiyaları və digər əməliyyat istiqamətləri ilə bağlı təqdimatlar keçiriləcək. Bununla yanaşı, iştirakçılar yarış obyektləri və idmançı kəndləri ilə tanış olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]