Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milyonlarla istifadəçisi olan qlobal platformada çalışan azərbaycanlı mühəndis - MÜSAHİBƏ

Milyonlarla istifadəçisi olan qlobal platformada çalışan azərbaycanlı mühəndis -  MÜSAHİBƏ

London, 26 yanvar, AZƏRTAC

Müasir dövrdə milyonlarla istifadəçisi olan qlobal texnologiya platformalarının fasiləsiz və etibarlı şəkildə işləməsi son dərəcə məsuliyyətli mühəndislik işinin nəticəsidir. Bu sistemlərin arxasında dayanan mütəxəssislərdən biri də azərbaycanlı mühəndis İlkin Məmmədzadədir. Hazırda Amerika Birləşmiş Ştatlarının aparıcı texnologiya platformalarından biri olan “Yelp”də texniki rəhbər və sayt etibarlılığı üzrə mühəndis kimi çalışan İlkin Məmmədzadə AZƏRTAC-a müsahibəsində texnologiyaya marağının necə yarandığından, qlobal miqyaslı platformalarda işləməyin məsuliyyətindən, süni intellektin sistemlərin idarə olunmasında rolundan və azərbaycanlı gənclərin bu sahədə uğur qazanması üçün vacib olan bacarıqlardan danışıb.

- Texnologiya sahəsinə marağınız necə yarandı və sizi sayt etibarlılığı mühəndisliyi istiqamətinə gətirən əsas mərhələlər hansılar olub?

- Texnologiyaya marağım məktəb illərində evimizə ilk kompüterin gəlməsi ilə başlayıb. O vaxtlar indiki kimi yüngül notbuklar yox idi, ağır bir sistem bloku idi. Yadımdadır, hər ay ən azı bir dəfə bilmədiyim əməliyyatları yoxlayarkən sistemi sıradan çıxarırdım. Atam da hər dəfə səbirlə o ağır bloku təmirə aparıb gətirirdi. Amma bir neçə aydan sonra artıq nəyi edib-etməməli olduğumu, sistemin necə çalışdığını anlamağa başladım. Bu maraq sonradan riyaziyyata olan sevgimlə birləşdi. 9-cu sinifdən etibarən kompüter elmləri üzrə təhsil almağa qərar verdim. Universitetdən sonra proqram təminatı mühəndisi kimi çalışdım, daha sonra isə “Simbrella” şirkətində sayt etibarlılığı mühəndisliyi sahəsi ilə tanış oldum. Həmin dövrdə ölkədə bu istiqamət yeni idi və ilk peşəkar komandaların formalaşdırılmasında iştirak etmək həm çətin, həm də dəyərli təcrübə oldu.

- “Yelp” kimi qlobal texnologiya şirkətində texniki rəhbər və sayt etibarlılığı üzrə mühəndis kimi çalışmaq nə deməkdir, gündəlik işiniz nələri əhatə edir?

- Sayt etibarlılığı mühəndisliyi özlüyündə kifayət qədər məsuliyyətli bir sahədir. Çünki sistemin canlılığı, dolayısı ilə şirkətin gəliri və reputasiyası birbaşa sizin gördüyünüz işin keyfiyyətindən asılıdır. Texniki rəhbər rolu isə bu məsuliyyəti bir addım daha irəli apararaq həm texnoloji strategiyanı, həm də komandanın inkişafını idarə etməyi tələb edir. Gündəlik iş qrafikimi bir neçə əsas istiqamətə bölə bilərəm. Birinci və ən vacib prioritetimiz sistemlərin dayanıqlı və etibarlı şəkildə çalışmasıdır. Lakin biz bunu sadəcə “yanğın söndürməklə” etmirik. Sayt etibarlılığı mühəndisliyinin əsas prinsiplərindən biri “self-service” mühit yaratmaqdır. Yəni biz digər komandalar üçün hər dəfə iş görmək əvəzinə, elə ağıllı sistemlər qururuq ki, mühəndislər bizə ehtiyac duymadan öz infrastrukturunu idarə, problemləri diaqnoz edə bilsinlər. Bu yanaşma sayəsində komanda və işçi sayı artsa da, bizim iş yükümüz eyni templə böyümür və miqyaslanma (“scaling”) problemi yaşamırıq. İşimin digər mühüm hissəsi isə strateji əlaqələrdir. Digər komandalarla mütəmadi görüşür, onların bugünkü ehtiyaclarını və gələcək planlarını dinləyirəm. Bu “feedback”lər əsasında komandamızın gələcək vizyonunu və yol xəritəsini hazırlayıram.

Eyni zamanda, paralel olaraq bir neçə layihənin rəhbərliyini həyata keçirirəm. Burada əsas vəzifəm layihənin düzgün istiqamətdə getdiyinə və komanda yoldaşlarımın hədəfi tamamladığına əmin olmaqdır. Uğuru ölçmək üçün hər layihənin əvvəlində bir neçə kritik metrika təyin edir və şəffaflığı təmin etmək üçün bunu bütün maraqlı tərəflərlə paylaşıram. Təbii ki, insan faktoru. Bir lider olaraq komandamdakı mühəndislərin texniki inkişafı, onların ən vacib problemlərə fokuslanması və ən əsası, sevdikləri, zövq aldıqları işlərlə məşğul olmaları mənim üçün uğurun əsas meyarıdır.

- Sayt etibarlılığı mühəndisi anlayışını texniki sahədən uzaq oxucular üçün necə izah edərdiniz?

- Təsəvvür edin ki, siz kiçik bir kafe açmısınız. Başlanğıcda cəmi 5 işçiniz və gündəlik 100 müştəriniz var. Hər şey nəzarət altındadır, hər kəslə tək-tək maraqlana bilirsiniz. İndi isə təsəvvür edin ki, biznesiniz inanılmaz dərəcədə böyüyür: işçi sayınız 5-dən 3000-ə, müştəri sayınız isə 100-dən 10 milyona çatır. Artıq o kiçik kafeni idarə etdiyiniz üsullarla bu nəhəng şəbəkəni idarə edə bilməzsiniz. Əgər sistem düzgün qurulmasa, kütləvi müştəri axını altında hər şey çökər, işçilər isə xaos içində qalar. Bax, sayt etibarlılığı mühəndisi məhz bu nöqtədə dövrəyə girir. Bizim işimiz həmin o "kiçik kafeni" elə bir texnoloji infrastruktura çevirməkdir ki, istifadəçi sayı 10 milyona çatsa belə, hər bir müştəri tətbiqi açanda eyni sürəti və problemsiz xidməti görsün. Eyni zamanda, şirkətin minlərlə mühəndisi də bir-birinə mane olmadan, sanki saat mexanizmi kimi rahatlıqla öz işlərinə fokuslana bilsinlər. Qısacası, sayt etibarlılığı mühəndisliyi bir sistemin həm milyonlarla insan üçün eyni anda əlçatan olmasını təmin edən, həm də o sistemin arxasındakı mühəndislər üçün "yol hərəkəti qaydalarını" və "avtomatik idarəetməni" quran sahədir. Sayt etibarlılığı mühəndisi texnologiyanın görünməyən qəhrəmanlarıdır. Hər şey mükəmməl işləyirsə, deməli, iş yaxşı görülüb.

- Karyeranızda dönüş nöqtəsi hesab etdiyiniz bir qərar və ya layihə olubmu?

- Karyeramda ən böyük dönüş nöqtəsi, bəlkə də qorxularımın üzərinə getməyə məcbur olduğum o illərdir. Bakalavr təhsilimi bitirib, Dövlət Proqramı ilə İzmirə, Ege Universitetinə magistraturaya yollananda ağlımda tək bir düşüncə var idi: “Mən proqramçı olmaq istəmirəm”. Nədənsə, Bakı Dövlət Universitetində oxuduğum illərdə məndə elə bir təəssürat yaranmışdı ki, proqramlaşdırma mənlik deyil. Mən daha çox sistem və şəbəkə inzibatçılığına meyil edirdim. Ege Universitetində dərslərə başlayanda proqramlaşdırmanın məcburi olduğunu gördüm. İlk planım sadə idi: dərindən öyrənmədən, sadəcə keçid balı alıb, bu dərsləri geridə qoymaq. Amma çox keçmədən anladım ki, proqramlaşdırma əzbərlənəcək bir şey deyil, o, tam fərqli bir məntiqlə “yaşadılmalıdır”. O andan etibarən mənim üçün yuxusuz gecələr və böyük əziyyətlərlə müşayiət olunan yeni bir dövr başladı. Məhz o çətinlik mənim bu sahəyə baxışımı kökündən dəyişdi.

Bu dövrdə qarşıma çıxan doğru yönləndirmə və dəstək sayəsində dərslərlə yanaşı, ilk peşəkar iş təcrübəmi qazandım. Daha sonra proqram təminatı sahəsində çalışaraq sistemlərin qurulması və böyük həcmli verilənlər bazaları ilə işləmək imkanım oldu. Geriyə baxanda anlayıram ki, bu mərhələ mənim üçün təkcə təhsil deyil, həm də karyera yolumun və özümə inamın formalaşdığı əsas dönüş nöqtələrindən biri idi.

- Qlobalmiqyaslı platformalarda sistemlərin fasiləsiz işləməsini təmin etmək nə üçün bu qədər vacibdir?

- Qlobal platformalar artıq sadəcə proqram deyil, insanların gündəlik həyatının ayrılmaz hissəsidir. Bank, xəritə və ya iş platformasının cəmi bir neçə dəqiqəlik dayanması milyonlarla istifadəçinin işinin pozulmasına və ciddi maliyyə itkilərinə səbəb ola bilər. Bu, həm platformanın reputasiyasına zərbə vurur, həm gəlir itkisi yaradır, həm də bir-biri ilə əlaqəli olan yüzlərlə biznes üçün zəncirvari problemlər doğurur.

- Azərbaycanlı bir mühəndis kimi beynəlxalq texnologiya mühitində çalışmaq sizə hansı üstünlüklər verir və məsuliyyətlər yaradır?

- Beynəlxalq mühitdə çalışmaq mənim üçün həm böyük təcrübə məktəbi, həm də məsuliyyətdir. Müxtəlif ölkələrdən olan mütəxəssislərlə işləmək mühəndisliyə qlobal baxış formalaşdırır və ən mürəkkəb problemlərə geniş miqyasda yanaşmağı öyrədir. Eyni zamanda, xaricdə qazandığım hər uğur Azərbaycan mühəndisinin potensialını nümayiş etdirmək və gələcək nəsillər üçün yol açmaq deməkdir. Bu bilik və təcrübəni yerli texnoloji ekosistemə ötürmək isə mənim üçün şəxsi bir missiyadır

- Azərbaycan gənclərinin texnologiya sahəsində qlobal uğur qazanması üçün hansı bacarıqlar xüsusilə vacibdir?

- Gənclərin qlobal bazarda uğur qazanması üçün təkcə texniki bilik kifayət deyil. Texnologiya sürətlə dəyişdiyi üçün əsas bacarıq öyrənməyi öyrənmək və problemləri dərindən araşdırmaqdır. Eyni zamanda, fikrini aydın ifadə etmək, komanda ilə işləmək və fərqli mədəniyyətlərə uyğunlaşmaq da ən az texniki bilik qədər vacibdir. Gənclərə tövsiyəm çətinliklərdən qorxmamaq və hər bir maneəni yeni öyrənmə fürsəti kimi görməkdir.

- Sizcə, Azərbaycanda informasiya texnologiyaları sektoru hansı istiqamətlərdə inkişaf etməlidir?

- Azərbaycanın informasiya texnologiyaları sektoru qlobal rəqabətdə güclənmək üçün “outsourcing”dən öz məhsullarını yaradan modelə keçməlidir. Mühəndislik mədəniyyətinin inkişafı, təhsil və biznes arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də innovativ ekosistemin dəstəklənməsi əsas prioritetlərdir. Əgər bu potensialı düzgün istiqamətləndirsək, yaxın gələcəkdə regionun texnoloji mərkəzinə çevrilmək üçün heç bir maneə görmürəm.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib