REGİONLAR
Mingəçevir Dövlət Universitetində yaz imtahan sessiyası ərzində beşinci “Açıq qapı” günü keçirilib
![](/files/galleryphoto/2020/2/1200x630/15936990825207646465_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15936990825636138532_1200x630.png)
![](/files/galleryphoto/2020/2/1200x630/15936990825765232332_1200x630.png)
![](/files/galleryphoto/2020/2/1200x630/15936990821985743155_1200x630.png)
![](/files/galleryphoto/2020/2/1200x630/15936990825266338389_1200x630.png)
Mingəçevir, 2 iyul, Rauf Hacıyev, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun tələbələri, magistrantları və məzunları iştirak ediblər.
Tədbiri açan MDU-nun rektoru Şahin Bayramov karantin dövrünün tələblərinə riayət edilməsinin vacibliyi, onlayn imtahan sessiyasının gedişatı və Litvanın Mikolas Romeris Universiteti ilə əməkdaşlığa başlanıldığı barədə məlumat verib.
Görüşdə çıxış edən tələbələr və magistrantrlar yaz imtahan sessiyasının təşkilindən, yaradılan apelyasiya imkanlarından və qiymətləndirmə zamanı tətbiq olunan güzəştlərdən razılıqlarını ifadə ediblər. Çıxışlarda ilk dəfə olaraq onlayn formatda keçirilmiş “Məzun Günü-2020” tədbirinin fərqli və yaddaqalan təşkilinə görə minnətdarlıq ifadə olunub.
Rektor tələbələrin təkrar imtahanlarda iştirak, yay tətili müddətində tələbələr arasında onlayn görüşlərin təşkili, təhsil haqqı və digər məsələlərə dair suallarını cavablandırıb.