MİNGƏÇEVİR RABİTƏÇİLƏRİNİN UĞURU
Mingəçevir rabitəçiləri ötən ili 605 milyon manat mənfəətlə başa vurmuşlar. Şəhərin telekommunikasiya qovşağından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kollektiv əhaliyə, müəssisə və təşkilatlara 3386,6 milyon manatlıq xidmət göstərmişdir ki, bu da əvvəlki ildə olduğundan 27 faiz çoxdur.
Qazanılmış uğurlar sistemin müasir tələblər səviyyəsində yenidən qurulmasının, xidmət mədəniyyətinin yüksəlməsinin, təzə sahələr yaradılmasının nəticəsidir.