Mingəçevir şəhər sakinlərindən 7 kiloqrama yaxın narkotik vasitələr götürülüb
Bakı, 14 aprel, AZƏRTAC
Mingəçevir şəhər sakinlərindən 7 kiloqrama yaxın narkotik vasitələr götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Mingəçevir şəhər sakini F.Paşayev idarə etdiyi “KİA” markalı avtomobildə sərnişinləri - həmyerlisi P.Salamov və Bakı şəhər sakini E.Eyyubovla birgə Gəncə şəhərində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Avtomobilə baxış zamanı oradan 1 kiloqramdan artıq heroin və 5 kiloqram 600 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]