Mingəçevirlilər “Azərbaycanlıların soyqırımı və deportasiyası” abidə kompleksini ziyarət etmişlər
Mingəçevir, 30 mart (AZƏRTAC). 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı Mingəçevirdə ümumşəhər tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər “Azərbaycanlıların soyqırımı və deportasiyası” abidə kompleksinin önünə əklil və gül dəstələri düzmüş, şəhid soydaşlarımızın xatirəsini ehtiramla yad etmişlər.
Matəm mitinqində çıxış edənlər xalqımızın tarixən qarşılaşdığı çətinliklərdən söz açmış, erməni millətçilərinin zaman-zaman Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətləri yada salmışdır.
Bildirilmişdir ki, “Böyük Ermənistan” yaratmaq kimi sərsəm xülya ilə yaşayan daşnaklar təkcə 1918-ci ilin mart qırğınları zamanı on minlərlə azərbaycanlını qəddarcasına qətlə yetirmişlər. Kənd və şəhərlərimizi viran qoyaraq tarixi abidələrimizi məhv etmişlər. Təəssüf ki, sovet hakimiyyəti illərində də imperiya rəhbərlərini ələ almağa bacaran ermənilər məkrli siyasətlərini davam etdirərək soydaşlarımızı bir neçə dəfə deportasiyaya məruz qoymuşlar. Yalnız ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində xalqımızın başına gətirilən soyqırımı hadisələri barədə həqiqətlər üzə çıxarılmış, bu dəhşətli faciələrə hüquqi və siyasi qiymət verilmişdir.
Ümumşəhər anma mərasimində ictimaiyyətin nümayəndələri, Mingəçevirdə məskunlaşmış məcburi köçkünlər çıxış edərək erməni vandalizmini qətiyyətlə pisləmişlər. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün dövlətimizin və Heydər Əliyev Fondunun həyata keçirdiyi davamlı tədbirləri yüksək qiymətləndirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]
Erməni təcavüzünün tarixə yazılmış qanlı səhifəsi - MƏQALƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]