“Minsk-2019” ilin ən mühüm idman layihəsi adı uğrunda səsvermədə iştirak edir
Bakı, 22 yanvar, AZƏRTAC
“2019-cu il II Avropa Oyunları” layihəsi “2019-cu ilin ən mühüm idman layihəsi” adı uğrunda səsvermədə iştirak edir.
AZƏRTAC xəbər verir ki, sorğu iri beynəlxalq idman layihələrinin işıqlandırılması üzrə ixtisaslaşmış “Inside the games” populyar idman resursu tərəfindən təşkil edilib.
“Minsk-2019”un rəqibləri arasında “Rabat 2019” (Afrika oyunları), “Lima 2019” (Panamerika oyunları) və “Apia 2019” (Sakit okean oyunları) layihələri də var. Səsvermə yanvarın 25-dək davam edəcək.
Xatırladaq ki, II Avropa Oyunları 2019-cu il iyunun 21-dən 30-dək Minskin 12 idman obyektində keçiriləcək. Burada 50 ölkəni təmsil edən 4000 atlet 15 idman növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaq. 10 idman növü üzrə yarışlar isə Tokioda keçiriləcək XXXII Olimpiya Oyunlarının təsnifat mərhələsi olacaq.
2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarında Azərbaycan yığması medalların sayına görə ikinci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]