“Miqrasiya məktəbi-2” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib
Bakı, 11 fevral, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) “Miqrasiya Məktəbi-2” layihəsi çərçivəsində DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov tərəfindən “Miqrasiyanın idarə edilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda növbəti təlim təşkil edilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, təlim çərçivəsində iştirakçılara İctimai Şuranın fəaliyyət istiqamətləri, miqrasiya prosesləri və onların idarə olunmasında fəal iştirak edən qeyri-hökumət təşkilatlarının rolu barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.