Mirça Abrudean: Enerji və kiber təhlükəsizlik ayrı baxıla bilməz
Buxarest, 31 oktyabr, AZƏRTAC
Mirça Abrudean, Rumıniya Senatının sədri deyib ki, enerji təhlükəsizliyi və kiber təhlükəsizlik artıq iki ayrı kateqoriya kimi görülə bilməz, çünki sistemlərimizin informatika üzərindən idarə olunduğu bir dövrdə onların qorunması milli təhlükəsizliyin əsas şərtidir.
AZ/RTAC xəbər verir ki, bu açıqlama Senat sədri tərəfindən “Kiber təhlükəsizlik və enerji” forumunda səsləndirilib.
M.Abrudean vurğulayıb ki, ölkənin milli enerji nəqli sistemində aparılan 56 milyon avroluq modernləşdirmə və rəqəmsallaşdırma layihəsi məhz kiber təhlükəsizliklə birgə həyata keçirilir. O qeyd edib ki, Rumıniyada kiberhücum təhdidləri üzrə keçən il ərzində bir milyondan çox insident qeydə alınıb və bu fakt ölkənin mövqeyinin beynəlxalq miqyasda altıncı sıraya düşməsinə gətirib çıxarıb.
M.Abrudean əlavə edib ki, enerji gələcəyimiz texnologiya və rəqəmsallaşmadan biridir və onun təhlükəsizliyindən bəhs edərkən artıq yalnız enerji resurslarını yox, onların idarəetmə sistemlərini də nəzərə almalıyıq.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]