Mirəli Əsgərov: Ölkəmizin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanlarımız heç vaxt unudulmayacaq
Bakı, 20 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Ölkəmizin azadlığı uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərini heç vaxt unutmayacağıq.
Bu sözləri Şəhidlər xiyabanına ziyarətə gələn Bakı şəhər sakini Mirəli Əsgərov AZƏRTAC-a müsahibəsində deyib.
O, 20 Yanvar faciəsinin təkcə Azərbaycanın deyil, bəşəriyyətin tarixinə qara səhifə kimi daxil olduğunu söyləyib. Vurğulayıb ki, Qanlı Yanvarda şəhid olanların xatirəsini anmaq, onların ülvi amallarına ehtiramla yanaşmaq zülmə, mənəviyyatsızlığa yox deməkdir. Bu ziyarət yalnız ilin bir günü ilə bitməməlidir. Azərbaycan xalqı hər gün bu ilahi dəyərləri yaşatmalıdır.
Bu gün bizim hamılıqla Şəhidlər xiyabanını ziyarət etməyimiz xalqın öz qəhrəmanlarının əziz xatirəsinə dərin ehtiramının ifadəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]