Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mirsalam Qənbərov: sahibkarlıq subyektləri layihələrinin ekspertizadan keçməsi ətraf mühitə mənfi təsirlərin qarşısını alır

Mirsalam Qənbərov: sahibkarlıq subyektləri layihələrinin ekspertizadan keçməsi ətraf mühitə mənfi təsirlərin qarşısını alır

Bakı, 6 mart, AZƏRTAC 

Ekoloji ekspertiza onun obyektlərinin ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə həmin obyektlərin müvafiq standartda, texniki reqlamentdə, eyni zamanda, normativ hüquqi aktda müəyyən olunmuş ekoloji tələblərə uyğunluğunun və realizəsinin mümkünlüyünün əvvəlcədən qiymətləndirilməsidir. Bəs ekoloji ekspertizanın obyektləri hansılardır? Sahibkarlıq subyektlərinin öz layihələrini ekspertiza rəyindən keçirməməsi hansı ekoloji problemlərə səbəb ola bilər?

Bu barədə AZƏRTAC-ın suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov cavablandırıb.

- Ekoloji ekspertizanın obyektləri dedikdə nələr nəzərdə tutulur?

- Bildiyimiz kimi “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda ekoloji ekspertiza və onun obyektləri haqqında müvafiq maddələr var və bu qanunda nəzərdə tutulan məsələlər təsbit olunub. Eyni zamanda, 2018-ci ildə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanun qəbul edilib. Bu qanunvericilik və bundan irəli gələn normativ hüquqi aktlarda hansı fəaliyyət sahələrinin ekoloji ekspertizanın obyekti hesab olunduğu öz əksini tapıb. Belə ki, öz fəaliyyəti zamanı ətraf mühitə zərərli maddələr formalaşdırıb atan və zərərli fiziki təsir göstərən bütün fiziki və hüquqi şəxslər ekoloji ekspertizanın obyekti hesab olunur. Bu qanun bütün ekoloji ekspertiza obyektlərinin hökmən onun ekoloji baxımdan spertik qiymətləndirilməsini təşviq edir.

- Qanunda ətraf mühitə təsirin qiymətləndirilməsi anlayışı da mövcuddur. Hər hansı bir layihəyə ekspertiza rəyi verilən zaman nələr qiymətləndirilir?

- Ətraf mühitə təsirin qiymətləndirilməsi nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı yolla mənfi təsirinin aşkar edilməsi, təhlili, qabaqlayıcı tədbirlərin təmini, bu fəsadların aradan qaldırılması və ya azaldılması, habelə bu fəaliyyətin həyata keçirilməsi və ya keçirilməməsi barədə qərarın qəbul edilməsi məqsədilə həmin fəaliyyət növlərinin kompleks təhlili əsasında onların ətraf mühitə və insan sağlamlığına təsirinin müəyyənləşdirilməsidir. Ətraf mühitə təsirin qiymətləndirilməsi zamanı həyata keçiriləcək fəaliyyətin ətraf mühitə fiziki təsirləri, formalaşan tullantıların kəmiyyət və keyfiyyət göstəriciləri, faunaya, floraya mənfi təsirləri, iqlim xüsusiyyətləri, əmələ gələn tullantı sularının yerləşdirilməsi, bütövlükdə tullantıların maksimum ətraf mühitdən təcrid olunmaqla idarə olunmasını ehtiva edir. Layihədə bütün məqamlara toxunulur və ekspertlər tərəfindən qiymətləndirir. Layihəyə müvafiq qaydada rəy verəndən sonra, o, artıq hüquqi müstəviyə çıxır və bütün ekoloji parametrlər orada öz həllini tapmış olur.

- Demək olar ki, tez-tez nazirlikdə iri sahibkarlıq subyektlərinin təqdim etdikləri layihələrin qiymətləndirilməsi məqsədilə ictimai dinləmələr keçirilir. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi bu tədbirlərdə kiçik və orta sahibkarlıq subyektlərinin təqdim etdiyi layihələrə çox az rast gəlinir. Onların da fəaliyyəti ətraf mühit normaları ilə tənzimlənirsə, həmin sahibkarlıq subyektləri də layihələrini təqdim etməlidirlər...

- Dediyinizdə həqiqət var. Kiçik və orta və bəzən də iri sahibkarlıq subyektləri öz layihələrinin ekoloji qiymətləndirilməsi üçün onları ya ekspertizaya təqdim etmirlər, ya da bəzi məqamları gizlədirlər. Bu da sonda bizim ümumi işimizə mənfi təsir göstərir. Biz istəyirik ki, sahibkarlar qanunlara əməl etsinlər və bu sahədə işlərini günün tələbləri səviyyəsində qursunlar, lazım ola biləcək dəstəyi, köməkliyi bizdən ala bilsinlər. Başa düşsünlər ki, bizim vəzifəmiz onlara xidmət etmək, qarşılıqlı əməkdaşlıqla öhdəliyimizi təmin etməkdir.

Əgər həyata keçirəcəkləri fəaliyyət zamanı ətraf mühit çirklənməyə məruz qalacaqsa, həmin layihənin icra olunması ilə ekoloji təhlükə yaranacaq, onun aradan qaldırılması, kompensasiyası üçün tədbirlər nəzərdə tutulmayacaqsa, nəticədə daimi ekoloji problemlərə səbəb olacaq. Sahibkarlar layihələri təqdim edərkən ətraf mühitə dəyəcək mənfi təsirləri, ekoloji ziyanı gizlətməməlidirlər, əksinə qiymətləndirmə yolu ilə mütəxəssislərdən dəstək almalıdırlar. Əgər layihələr bütün subyektlər üzrə tam formada təqdim edilərsə, nazirlik onların hər birinə düzgün istiqamətlər verər, qarşıya çıxan məsələlərin həlli yollarını göstərə bilər. Nəticə etibarı ilə sahibkar fəaliyyəti zamanı ətraf mühit normalarını gözləyə və layihəsinin qiymətləndirilməsi haqqında müsbət rəy əldə edər.

- Ətraf mühitə təsirin qiymətləndirilməsini aparan mütəxəssislər üçün hansı tələblər mövcuddur?

- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin üç qərarı mövcuddur. Ötən il oktyabrda “Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında, noyabrda “Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında, bu ilin fevralında isə “Dövlət ekoloji ekspertizasını həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə qərarlar imzalanıb. Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndirici kimi fəaliyyət göstərmək istəyənlər nazirlikdə attestasiyadan keçir, sertifikat əldə edir və onların bu istiqamətdə mütəxəssis olduğu təsdiqlənir. Təlimat və metodologiya baxımından da həmin məsələlər daha da təkmilləşdiriləcək ki, qanunda nəzərdə tutulanlar tam icra olunsun və ekspertlər bu sahə üzrə sertifikatı olan mütəxəssislər olsunlar.

- Sonda sahibkarlara nəyi tövsiyə edərdiniz?

- Yuxarıda qeyd olunan qanunvericilik aktlarında ekoloji ekspertizanın obyektləri kimi kiçik və ya böyük sahibkarlıq subyektləri deyə ayırd edilmir. Orada göstərilir ki, ətraf mühitə təsir edən, zərərli maddələr atan bütün fiziki və hüquqi şəxslər ekoloji ekspertizanın obyektidir. Ona görə də hər bir sahibkar icra edəcəyi layihələri təqdim etməli və ekspertizanın rəyini almalıdır. Mütəxəssislər də onlara müvafiq qaydalar çərçivəsində, rəsmi sənədlər verməlidirlər. Məqsədimiz odur ki, şəffaflıq təmin edilsin, bütün fiziki və hüquqi şəxslər, kiçik, orta və iri sahibkarlıq subyektləri layihələrini ekspertiza rəyinin verilməsi üçün təqdim etsinlər, onlara müvafiq istiqamətlər verilsin və ətraf mühitə mənfi təsirlərin qarşısı alınsın.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib